"Kazbeqi" gömrük keçid-məntəqəsində külli miqdarda bəyan edilməmiş qızıl aşkarlanıb

İyulun 16-dan avqustun 2-dək "Kazbeqi" gömrük-keçid məntəqəsində məcburi bəyan edilməli olan külli miqdarda qızıl

məmulatlarının ölkəyə gətirilməsinin 6 faktının qarşısı alınıb.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına görə, gömrük zabitləri Gürcüstan və xarici ölkə vətəndaşlarının üzərinə, baqajına və idarə etdikləri nəqliyyat vasitələrinə baxış keçirərkən ümumilikdə 782 qram qızıl məmulatları aşkarlayıblar. Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 169
776 lari təşkil edib.


Xidmətin məlumatına əsasən, qanunla nəzərdə tutulmuş növbəti tədbirlərin görülməsi üçün hüquq pozuntusuna yol vermiş 6 vətəndaş barəsində toplanmış materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google