İyul ayında Kvemo Kartlidə 6 qanunsuz meşə istifadəsi faktı qeydə alınıb

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları 2026-cı il

iyulun 1-dən 31-dək ölkə üzrə 112 qanunsuz meşə istifadəsi faktı aşkar ediblər.

Qurumun məlumatına görə, aşkarlanmış qanun pozuntularından:

  • 67 fakt meşə resurslarının qanunsuz əldə edilməsi və daşınması ilə bağlıdır;
  • 45 fakt isə mişarxanaların texniki reqlamenti pozması və qanunsuz fəaliyyəti ilə əlaqədardır.

Aşkar
olunmuş qanunpozuntularından 15 hal cinayət tərkibi daşıyır. Materiallar növbəti tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Həmin dövrdə 5 qeydiyyatsız mişarxana möhürlənib, qanunsuz əldə edilən təxminən 480 kubmetr ağac materialı müsadirə olunub.

Regionlar üzrə statistika:
  • Acarıstan - 27 fakt;
  • İmereti - 20;
  • Sameqrelo-Zemo Svaneti - 18;
  • Kaxeti - 15;
  • Samtsxe-Cavaxeti - 9;
  • Raça-Leçxumi və Kvemo Svaneti - 8;
  • Kvemo Kartli - 6;
  • Mtsxeta-Mtianeti - 5;
  • Quriya - 3;
  • Şida Kartli - 1.

Departamentdən bildirildiyinə görə, cari ilin ilk 7 ayında ölkə miqyasında ümumilikdə 1 026 qanunsuz meşə istifadəsi faktı aşkarlanıb və 42 qanunsuz mişarxana möhürlənib.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google