Marneulidə “Mamed Gas” şirkətinin ofisi yaxınlığına “SOCAR
Georgia Gas” nümayəndələri və Daxili İşlər Nazirliyinin əməkdaşları
səfərbər olunub.
DİN-dən bildirdilər ki, polis ərazidə yalnız təhlükəsizlik
qaydalarının qorunması məqsədilə olub.
“SOCAR Georgia Gas” şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin
rəhbəri Teona Ruxadzenin sözlərinə görə, iyulun 30-da dərc edilmiş
qərara əsasən, şirkət “Mamed Gas”ın keçmiş abonentlərinin yenidən
qeydiyyatı prosesinə başlayıb.
O qeyd etdi ki, bu mərhələdə
qeydiyyatdan keçməyən və təbii qazdan
qanunsuz istifadə edən kommersiya obyektlərinin, o cümlədən “Mamed
Gas”a məxsus bir neçə obyektin qaz təchizatının dayandırılmasına
başlanılıb.
“Biz «Mamed Gas»ın istehlakçısı olmuş bütün
abonentlərin qeydiyyatına başlamışıq. Bildiyiniz kimi, iyulun 26-da
qərar dərc olundu və bundan sonra biz həmin abonentlər üçün
qazpaylayıcı şirkət olduq. Avqustun 5-dək bu abonentlərin bizdə
yenidən qeydiyyatdan keçməsini nəzərdə tutmuşduq. İndi avqustun
8-dək əhalidən müraciətləri qəbul edirik. Lakin müştərimiz kimi
qeydiyyatdan keçməyən kommersiya abonentlərinin şəbəkədən
ayrılmasına başladıq. Çünki onlar hazırda qazdan qanunsuz istifadə
edirlər və bu, itki kimi sərf olunur. Bu addım «Mamed Gas»ın bir
neçə obyektinə də şamil olunur”, — Teona Ruxadze
bildirdi.
Ruxadze əlavə etdi ki, müraciət təqdim etməyən istehlakçılara təbii
qazın verilməsi 10 avqust tarixindən etibarən dayandırılacaq.
“Mamed Gas”ın ofisi önündə cərəyan edən hadisələri “Interpress.ge”
canlı yayımlayıb. Yayım zamanı yerli sakinlər narazılıqlarını ifadə
edərək “Mamed Gas”ın xidmətindən razı olduqlarını və şirkətin
dəyişdirilməsini istəmədiklərini bildirirlər.
"Socar Georgia Gas"ın açıqlamasına görə, qeydiyyatdan keçmək üçün
Marneuli Xidmət mərkəzinə (Ünvan: Marneuli ş., Yağlıca küç. N23) və
ya kənd icra nümayəndəliyinə müraciət etmək mümkündür.
Tələb olunan sənəd və məlumatlar:
- Şəxsiyyəti təsdiq edən sənəd;
- Dəqiq ünvan;
- Əlaqə telefonu;
- Qaz sayğacının fotosu.
Sənədləri onlayn göndərmək də mümkündür:
- Rəsmi e-poçt:
CLOAKING
- WhatsApp və Viber: 577 33 03 46
- Qaynar Xətt: 16114
Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə
Komissiyasının (SEMEK) 2026-cı il 30 iyul tarixli qərarı ilə
“Mamed” MMC-nin təbii qazın paylanması lisenziyası ləğv edilib.
Avqustun 1-dən Marneuli bələdiyyəsinin Qızılhacılı kəndini təbii
qazla «SOCAR Georgia Gas» MMC təmin etməyə başlayıb.
Təxminən bir ay əvvəl “Mamed Gas” MMC ilə SEMEK arasında yaranmış
maliyyə narazılığı səbəbindən əhaliyə qazın verilişi
məhdudlaşdırılmışdı. Mübahisəyə səbəb qaz tarifi olub: “Mamed Gas”
istehlakçılardan SEMEK-in müəyyən etdiyi 47 tetrilik tarifdən baha
— 57 tetri tələb edirdi. İyulun 30-da isə "SOCAR" şirkəti
Qızılhacılıda “Mamed Gas”ın lisenziyasının ləğv olunduğunu rəsmi
olaraq açıqladı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.