Gürcüstan hökuməti avtomobillərdə "alkoqol bloklama qurğuları"nın
(Alcohol Interlocks) tətbiqi
imkanlarını nəzərdən keçirir. Bu təşəbbüs Gürcüstanın 2026–2030-cu
illər üzrə Milli Yol Təhlükəsizliyi Strategiyasında əksini
tapıb.
Sənəddə qeyd olunur ki, Alcohol Interlock sistemi orqanizmində
alkoqolun miqdarı qanunla müəyyən edilmiş həddi keçən sürücüyə
mühərriki işə salmağa imkan vermir. Beləliklə, qurğunun əsas
məqsədi sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsinin
qarşısını almaqdır.
Strategiyaya əsasən, bu texnologiyanın tətbiqi ilə bağlı işlər
davam etdiriləcək və onun Gürcüstan bazarına daxil olan
avtomobillər üçün müəyyən ediləcək standartlara daxil edilməsi
planlaşdırılır.
Ağır statistik göstəricilər
Sənədə
əsasən, sərxoşluq Gürcüstanda yol-nəqliyyat hadisələrinin
əsas səbəblərindən biri olaraq qalır. Rəsmi məlumatlara görə,
2025-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə
olunması halları 2019-cu illə müqayisədə 12,9% azalıb.
Buna baxmayaraq, Yol Təhlükəsizliyi Fəaliyyət Planında qeyd olunur
ki, 2025-ci ilin birinci rübündə 109 yol-nəqliyyat hadisəsinin
ehtimal olunan səbəbi məhz sərxoşluq olub. Bu hadisələr nəticəsində
15 nəfər həyatını itirib, 129 nəfər isə yaralanıb.
Narkotik sərxoşluğuna qarşı mübarizə və komplekt tədbirlər
Strategiya sərxoş vəziyyətdə sükan arxasına əyləşməyə qarşı digər
addımları da nəzərdə tutur:
Ölkə miqyasında narkotik vasitələrin təyini üçün xüsusi texniki
vasitələrin mərhələli tətbiqi;
Narkotik sərxoşluğunda olan sürüclərin daha effektiv aşkar edilməsi
üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına təlimlərin
keçirilməsi.
Strategiyada vurğulanır ki, bu problemlə mübarizədə aydın
tənzimləmələri, hüquqpozmaların aşkarlanmasını və icranı
birləşdirən çoxyönlü yanaşma daha effektivdir.
2030-cu ilə qədər hədəflər və büdcə
Hökumət tərəfindən yeni təsdiqlənmiş 2026–2030-cu illər üzrə Milli
Yol Təhlükəsizliyi Strategiyası və 2026–2027-ci illər üzrə
Fəaliyyət Planı yollardakı vəziyyəti yaxşılaşdırmağı və beynəlxalq
standartları tətbiq etməyi hədəfləyir.