Rustavidə torpaq qiymətləri 50% artıb — Mənzil tikintisi üçün
torpaq sahələri artıq defisitə çevrilir: Daha harada bahalaşma
gözlənilir?
"
Son 2 il ərzində Rustavidə torpaq sahələrinin qiyməti
praktiki olaraq 50% artıb", — bu barədə "
Businesspressnews"a
daşınmaz əmlak bazarındakı meyllərdən danışarkən "Broker.ge"nin
təsisçisi İlya İnaşvili bildirib.
O, həmçinin əlavə edib ki, Rustavinin mərkəzində çoxmərtəbəli
yaşayış binalarının tikintisi üçün nəzərdə tutulan torpaq sahələri
defisitə çevrilir.
"Rustavi inkişafı qaçılmaz olan şəhərlərdən biridir. Bu istiqamətdə
çoxlu müxtəlif növ infrastruktur layihələri elan olunub.
Son iki il ərzində Rustavidə torpaq sahələrinin qiymətində artım
meylini müşahidə edirik. Həm yaşayış binaları və kommersiya
obyekti, həm də fərdi ev tikintisi üçün
nəzərdə tutulan torpaqlara
tələbat artır. Bu dövrdə qiymətlər radikal şəkildə dəyişib və hətta
50%-lik artımdan da danışmaq olar.
Hesab edirəm ki, növbəti 2-3 il ərzində bu meyl saxlanılacaq.
Torpaq sahələrinin nə dərəcədə defisit olacağını demək çətindir,
çünki şəhərin genişlənmək və böyümək üçün kifayət qədər böyük
potensialı var.
Tbilisidən fərqli olaraq, relies əsasən hamardır və dağlıq deyil,
buna görə də düşünürəm ki, Rustavi bu istiqamətdə mütləq inkişaf
edəcək. Müvafiq olaraq, yaxın 10 il ərzində torpaq sahələrinin
qıtlığı gözlənilmir.
İstisna mərkəzi məhəllələrdir ki, burada developerlik (tikinti
sektoru) o qədər sürətlə inkişaf edir ki, mənzil tikintisi üçün
torpaq sahələri artıq defisitə çevrilib. Müəyyən müddətdən sonra,
ehtimal ki, burada resurslar tükənəcək və tikintilər, çox güman ki,
periferiyalara (ətraf ərazilərə) keçəcək", — deyə İlya İnaşvili
bildirib.
O, həmçinin qeyd edib ki, bu baxımdan Kutaisi və Telavidə də böyük
perspektivlər var.
"
Digər regionlardan Kutaisi və Telavini də fərqləndirərdim.
Batuminin, təbii ki, nəhəng potensialı var və öz sözünü deyəcək.
Lakin torpaq sahələri baxımından həm Kutaisinin, həm də Telavinin
kifayət qədər böyük perspektivləri mövcuddur. Mənim
qiymətləndirməmə görə, növbəti 5-10 il ərzində bu iki şəhərdə
qiymətlərin neçə sürətlə artacağını görəcəyik", — deyə
İlya İnaşvili "Businesspressnews"a müsahibəsində bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415