NATO-nun son sammitinin başa çatmasından bir aydan çox vaxt
keçdikdən sonra bəlli olub ki,
ABŞ Prezidenti Donald Tramp sammitə ev sahibliyi edən Türkiyənin
paytaxtı Ankaranı gizlicə, başqa təyyarə ilə tərk edib. Səbəb
İrandan gözlənilən təhlükə olub.
Təyyarənin dəyişdirilməsi faktını Donald Tramp özü də
təsdiqləyib.
İyulun 8-də NATO sammiti başa çatdıqdan sonra televiziya kameraları
Trampın ABŞ Prezidentinin
təyyarəsinin (Air Force One) bortuna
qalxmasını lentə alıb.
Avqustun 11-də əvvəlcə Amerikanın "Washington Post" nəşri,
daha sonra isə CNN və CBS News daxil olmaqla digər media vasitələri
məlumatlı mənbələrə istinadən yazıblar ki, Tramp Prezident
təyyarəsində çox qalmayıb və Ankaradan uçmazdan əvvəl bort qida
məhsullarını daşıyan qaldırıcı furqonla məxfi şəkildə C-32A hərbi
təyyarəsinə keçirilib. Bu təyyarədən, bir qayda olaraq, Birləşmiş
Ştatların vitse-prezidenti istifadə edir.
Amerikan media vasitələrinin mənbələrinə görə, Trampın təyyarəsi
İrandan Prezidentə qarşı ehtimal olunan hücum səbəbindən
dəyişdirilib.
Avqustun 11-də Donald Tramp jurnalistlərə bildirib ki, Məxfi
Xidmətin və hərbçilərin məsləhətinə əməl edib, çünki onlar onun
başqa təyyarə ilə uçmasını istəyiblər. ABŞ Prezidenti Ankaranı
İrana zərbələrin bərpasının ikinci günü tərk edib.
Prezident təyyarəsində (Air Force One) olan jurnalistlər və Ağ Ev
əməkdaşlarının bir hissəsi Donald Trampın bortda olmadığından
xəbərsiz idilər.
Amerika nümayəndə heyətinin təyyarələri yolda Böyük Britaniyada
eniş edib və burada Donald Tramp yenidən Prezident təyyarəsinə
qayıdıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415