Paytaxt meriyası Tbilisi Rustaveli prospektinin bərpasını həyata
keçirən podratçı "Smart Solutions" MMC-ni dörd dəfə cərimələyib.
Səbəb müqavilə şərtlərinin pozulmasıdır.
Cərimələnmə ilə bağlı hər dörd sənəddə "İşlər 24 saatlıq rejimdə
aparılmayıb" yazılıb.
Tbilisi Meriyası "Smart Solutions" MMC ilə üç müqavilə bağlayıb —
xidmətin ümumi dəyəri 20 milyon lariyə yaxındır. Dövlət
Satınalmaları Agentliyinin saytında dərc olunan məlumata
görə,
podratçı aşağıdakı tarixlərdə cərimələnib:
24 iyul: 23 iyul 2026-cı il tarixli (saat 12:27)
təftiş aktından bəlli olur ki, M. Kostava küçəsi və Ş. Rustaveli
prospektində (T. Çovelidze küçəsindən "Merani" ticarət
mərkəzinədək) işlər 24 saatlıq rejimdə aparılmayıb;
29 iyul: 29 iyul 2026-cı il tarixli (saat 06:34)
təftiş aktından bəlli olur ki, M. Kostava küçəsi və Ş. Rustaveli
prospektində (T. Çovelidze küçəsindən "Merani" ticarət
mərkəzinədək) işlər 24 saatlıq rejimdə aparılmayıb;
29 iyul: 29 iyul tarixli (saat 06:41) təftiş
aktından bəlli olur ki, Ş. Rustaveli prospektində ("Merani" ticarət
mərkəzindən Besiki küçəsinədək) işlər 24 saatlıq rejimdə
aparılmayıb;
10 avqust: 7 avqust tarixli (saat 19:58) təftiş
aktından bəlli olur ki, Ş. Rustaveli prospektində (Besiki
küçəsindən Azadlıq meydanınadək) işlər 24 saatlıq rejimdə
aparılmayıb.
Şirkət hər bir halda müqavilə dəyərinin 0,02%-i miqdarında
cərimələnib ki, bu da cəmi 5000 lariyə yaxındır.
Prospektin bərpası son bir neçə yıldır planlaşdırılırdı —
infrastruktur köhnəlib. Bərpa işləri iyulun 23-ü saat 00:00-da
başlayıb, avtomobillərin hərəkəti tam qadağan edilib.
Tbilisi meri bərpa işlərinin başa çatması tarixi kimi 2026-cı ilin
noyabr ayının sonunu göstərib. Kaxa Kaladze hələ 2023-cü ilin
noyabrında bildirmişdi ki, Rustaveli prospektindəki işlər 2024-cü
ildən başlayacaq və iki ildən çox davam edəcək. Son olaraq işlər
2025-ci ilə planlaşdırılsa da, martın 24-də Kaladze layihənin
2026-cı ilə təxirə salındığını demişdi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415