"Gürcü Arzusu" hökumətinin rəhbəri İrakli Kobaxidze Avqust
müharibəsinin 18-ci ildönümündə Gürcüstanda
"rusofobiya"dan konuşmaq üçün Hökumət Administrasiyasında brifinq
keçirib.
O, 2008-ci ildə Rusiyanın Gürcüstanda başladığı müharibəni "Deep
State" ilə əlaqələndirib və Rusiyanın Ukraynada başladığı
müharibəyə "Gürcüstanın cəlb edilməsi" barədə növbəti dəfə
danışıb.
Kobaxidze rusofobiya nümunələri kimi 2023-cü ildə rusiyalı
turistlərin "Astoria Grande" kruiz gəmisi ilə gəlişini və "Qvareli
Gölü"
mehmanxanasında Rusiya vətəndaşlarının toyu zamanı
müxalifətçi Elene Xoştariyanın aksiyasını göstərib. Həmin gün orada
Rusiya xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Lavrova
həyat yoldaşı Aleksandr Vinokurovla birlikdə idi. Mehmanxanada
Lavrovanın qaynının toyu keçirilməli idi.
Rusiya Gürcüstan ərazisinin 20%-ni işğal altında saxlayır — son
müharibə 2008-ci ildə başlayıb və Rusiya Abxaziya ilə Tsxinval
regionunun "müstəqilliyini" elan edib. Avqust müharibəsindən bu il
18 il ötür.
"Biz ehtiyatlı olmalıyıq... Ehtiyatlı olmalıyıq, əgər hərəkət
etməsək, uğur qazana bilərlər", — deyə o bildirib və əlavə edib ki,
bu kampaniya nəticə verməyib və rusiyalı turist axını
azalmayıb.
"Xaricdəki tərəfdaşlar, daxildəki agentura — hamı birlikdə
ölkəmizdə bu kampaniyanı alovlandırmağa çalışır. Bunun yeganə
məqsədi var: onlar 'ikinci cəbhə' açılmasına nail ola bilmədilər —
əvvəllər də belə idi, 2022-ci ildə bizə gəlib ikinci cəbhə açmağı
tələb edəndə rədd cavabı aldılar. Sonra daha dolayısı tələblərə
keçdilər — bu, sanksiyaların tətbiqi, döyüşçü könüllülərin
göndərilməsi idi. Bunlarla da nəticə qazana bilmədikdə, şantaj üçün
istifadə etməyə çalışdıqları Aİ məsələsi gəldi. Bunu da istifadə
edə bilmədilər, çünki cəmiyyət müdriklik nümayiş etdirdi. Bunun
ardınca üç rusofob kampaniya gətirdilər...
Bu kampaniya birbaşa turistlərə qarşı yönəlmişdi. Rusiyalı turisti
təhlükə kimi qələmə verirdilər... Bunu alovlandıra bilmədilər,
çünki ksenofobiya kimi rusofobiya da Gürcü mədəniyyətinə
yaddır...", — deyə İrakli Kobaxidze hökumətyönlü "Imedi"
kanalının jurnalistinin sualını cavablandırarkən bildirib.
Bir neçə gündür ki, hökumətyönlü kanallar və "Gürcü Arzusu"nun
liderləri "rusofobiya"nın təşviq edilməsindən danışırlar — mövcud
hakimiyyətin siyasətini tənqid edən, lakin 2008-ci il
müharibəsindən sonra Rusiyada tədbir keçirən sənətçilər haqqında
süjetlər hazırlanır.
"Təbii ki, onların bu emosiyaları da tamamilə saxtadır,
çünki xarici agentura hər cür dəyərlərdən məhrumdur və bunu bu günə
qədər dəfələrlə sübut ediblər. Lakin məntiqi sual yaranır — nə üçün
onlar məsələ Gürcüstana aid olanda yox, məhz indi
rusofoblaşdılar?", — deyə İrakli Kobaxidze avqustun 4-də
"Facebook"da yazıb.
"Gürcü Arzusu" hökuməti 2008-ci il avqust müharibəsinin başlanma
tarixi kimi 8 avqustu qəbul edir və MuXatqverdi Qardaşlıq
Qəbiristanlığındakı Qəhrəmanlar memorialını da 8 avqustda ziyaret
edir. Müharibənin 18-ci ildönümündə də eyni hal yaşanıb. Partiya
liderləri və dövlət strukturlarının rəhbərləri avqustun 8-də
müharibədə həlak olanların memorialına çiçəklər qoyub,
qəhrəmanların ailə üzvləri ilə görüşüblər. Avqustun 7-də isə
müxalifət partiyalarının nümayəndələri xatirəni yad etmək üçün
memoriala yollanıblar.
"Gürcü Arzusu"nun liderləri siyasi bəyanatlarında müharibənin
başlanmasında növbəti dəfə "Vahid Milli Hərəkatı"
günahlandırıblar.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415