Vəkilin məlumatına görə, 1990-cı illərdə bir neçə il ərzində
sistemli zorakılıq və təcavüzə məruz
qaldığını açıq şəkildə bəyan edən mühacirətdə yaşayan 43 yaşlı Nata
Viblianiyə zərərçəkmiş şəxs statusu verilib.
"Nata Vibliani Prokurorluq tərəfindən rəsmən zərərçəkmiş
şəxs kimi tanındı", — deyə Viblianinin hüquqlarını müdafiə
edən vəkil Tariel Kakabadze avqustun 12-də "Facebook" hesabında
yazıb.
2026-cı ilin yayında —
hadisədən 35 il sonra — polis 90-cı illərdə
Svanetidə 9 yaşlı uşağın sistemli zorlanması faktı üzrə istintaqa
başlayıb. Zorlama işini (Cinayət Məcəlləsinin 137-ci maddəsi)
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamenti
araşdırır.
İki müstəqil mənbə "Azadlıq Radiosu"na bildirir ki, polis bu
əhvalat barədə nəsə bilə biləcək şəxsləri artıq dindirib.
İyul ayında müstəntiq 90-cı illərdə kəndlisi olan yetkinlik yaşına
çatmış şəxs tərəfindən bir neçə il ərzində sistemli şəkildə
zorlandığını bildirən 43 yaşlı Nata Vibliani ilə əlaqə saxlayıb.
Nata Vibliani zorlamada daha üç kəndlisini də ittiham edir.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415