Gürcüstanda sürücülük hüququ balları harada və neçə sürücü üçün
sıfırlanıb?
2025-ci ildə Gürcüstanda 560 sürücünün sürücülük vəsiqəsinə təyin
edilmiş 100 balı tamamilə tükanib ki, bu da 2024-cü ilin
göstəricisi ilə müqayisədə 200% çoxdur. Həmin vaxt 186 nəfərin
sürücülük vəsiqəsi balları sıfırlanmışdı.
2026-cı ilə gəldikdə, DİN-in dərc etdiyi və hələlik yalnız
yanvar-mart dövrünü əhatə edən son
statistikaya əsasən, 165 091
şəxsin sürücülük vəsiqəsi balları azaldılıb, bunlardan yalnız 31
nəfərin balı tamamilə sıfırlanıb.
Məlumat üçün bildirək ki, Gürcüstanda sürücülük vəsiqəsinə hər ilin
1 yanvar tarixində 100 bal təyin olunur. Sürücünün balları polis
tərəfindən qeydə alınan müxtəlif hüquqpozmalara görə fərdi miqdarda
azaldılır. Məsələn, sürət həddinin aşılması, ön oturacaqdakı
sərnişinin təhlükəsizlik kəmərini taxmaması, sükan arxasında
telefonla danışılması və s. hallarda ballar çıxılır.
Ballar sıfıra çatdıqda sürücünün nəqliyyat vasitəsini idarə etməsi
qadağan edilir. Sürücülük hüququnu bərpa etmək üçün isə praktiki və
nəzəri imtahanları yenidən vermək mütləqdir.
Statistikaya gəlincə, qeyd etdiyimiz kimi, bu ilin 3 ayı ərzində
165 091 nəfərin balları azaldılıb, yalnız 31 nəfərin balı tamamilə
tükanib.
"Businesspressnews" regionlar üzrə sürücülük vəsiqəsi balları
azaldılan və tamamilə sıfırlanan şəxslərin sayına dair məlumatları
təqdim edir (Məlumat üçün: bu mərhələdə DİN tərəfindən yalnız
birinci rübün rəsmi statistikası dərc olunub):
Tbilisi — balı azaldılıb: 49 053; sıfırlanıb: 7
İmereti — balı azaldılıb: 18 398; sıfırlanıb: 3
Kvemo Kartli — balı azaldılıb: 18 176; sıfırlanıb: 6
Acarıstan — balı azaldılıb: 15 497; sıfırlanıb: 4
Sameqrelo-Zemo Svaneti — balı azaldılıb: 13 389; sıfırlanıb: 1
Kaxeti — balı azaldılıb: 13 360; sıfırlanıb: 2
Şida Kartli — balı azaldılıb: 8 635; sıfırlanıb: 3
Samtsxe-Cavaxeti — balı azaldılıb: 4 950; sıfırlanıb: 0
Quriya — balı azaldılıb: 4 587; sıfırlanıb: 0
Mtsxeta-Mtianeti — balı azaldılıb: 3 198; sıfırlanıb: 1
Abxaziya — balı azaldılıb: 845; sıfırlanıb: 0
Raça-Leçxumi və Kvemo Svaneti — balı azaldılıb: 681; sıfırlanıb:
0
Digər — balı azaldılıb: 14 322; sıfırlanıb: 4
Xatırladaq ki, Gürcüstan hökuməti 2026–2030-cu illər üzrə Milli Yol
Təhlükəsizliyi Strategiyasını və 2026–2027-ci illər üzrə Fəaliyyət
Planını təsdiqləyib. Strategiyanın əsas istiqamətlərindən biri
yollarda sürət həddinin aşılması hallarının azaldılmasıdır.
Strategiyanın maddələrindən birinə əsasən, hökumət videokameralar
tərəfindən qeydə alınan sürət həddinin aşılması hallarda
sürücülərin bal sisteminin azaldılması mexanizmini tətbiq etməyi
planlaşdırır.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415