3 ayda 927 189 video cərimə — Gürcüstan sürücüləri ən çox harada cərimələnirlər?
Gürcüstan yollarında hərəkət qaydalarının pozulmasına görə hər il orta hesabla 3,3 milyon video cərimə yazılır. Daxili İşlər Nazirliyinin dərc etdiyi son statistikaya əsasən, yalnız 2026-cı ilin 3 ayı (yanvar-mart) ərzində artıq 927 189 video cərimə yazılıb ki, bunun da 46,5%-i paytaxtın payına düşür.

Gürcüstanda video cərimələr müxtəlif hüquqpozmalara görə tətbiq edilir: sürət həddinin aşılması, dövri
texniki baxış (kameralar avtomobilin məcburi texniki baxışdan keçib-keçmədiyini bazadan avtomatik yoxlayır), işıqforun qırmızı işığında keçmək, avtobus zolağında ("buslane") hərəkət etmək və s.

Qeyd etmək lazımdır ki, yol hərəkəti qaydalarının pozulması arasında sürət həddinin aşılması qeydə alınan video cərimələrin sayına görə hər il liderlik edir. Məsələn, bu ilin 3 ayında sürətin 15 km/saatdan çox aşılmasına görə təxminən 531 min cərimə yazılıb ki, bu da ümumi video cərimələrin 57%-dən çoxunu təşkil edir.

Regionlara gəlincə, qeyd etdiyimiz kimi, ən çox video cərimə paytaxtda yazılıb, ikinci yerdə İmereti, ilk üçlükdə isə Acarıstan qərarlaşıb.

"Businesspressnews" Daxili İşlər Nazirliyinin cari ilin ilk 3 ayında Gürcüstanın regionları üzrə yazdığı video cərimələrin sayını təqdim edir (Məlumat üçün: bu mərhələdə DİN tərəfindən yalnız birinci rübün rəsmi statistikası dərc olunub):

Tbilisi — 431 866

İmereti — 143 486

Acarıstan — 129 289

Şida Kartli — 48 943

Kvemo Kartli — 44 069

Sameqrelo-Zemo Svaneti — 43 313

Quriya — 33 717

Kaxeti — 20 739

Samtsxe-Cavaxeti — 19 160

Mtsxeta-Mtianeti — 12 577

Raça-Leçxumi və Kvemo Svaneti — 33

Həmin hesabat dövründə video cərimələr üzrə hesablanmış məbləğin həcmi 616,2 milyon larini ötüb.

Xatırladaq ki, Gürcüstan hökuməti 2026–2030-cu illər üzrə Milli Yol Təhlükəsizliyi Strategiyasını və 2026–2027-ci illər üzrə Fəaliyyət Planını təsdiqləyib. Strategiyanın bəndlərindən birinə əsasən, hökumət videokameralar tərəfindən qeydə alınan sürət həddinin aşılması hallarda da balların azaldılması sistemini tətbiq etməyi planlaşdırır.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google