Gürcüstanda iqtisadi fəal əhalinin təxminən 23,2%-i kreditini ödəyə
bilmir — bunu "Creditinfo Georgia"nın 2026-cı il iyul ayı üzrə
statistik göstəriciləri sübut edir.
Daha dəqiq desək, cari ilin 31 iyul vəziyyətinə görə, 375 188
borcalanın 30 gündən çox gecikməsi qeydə alınıb. Gürcüstan Milli
Statistika Xidmətinin ("Saksat") son məlumatına görə, ölkədə
iqtisadi fəal əhalinin (iş qüvvəsi) sayı
1 613 650 nəfər təşkil
edir.
Bununla yanaşı, "Creditinfo"nun məlumatına görə, hesabat dövründə
maliyyə sektoruna 1 996 116 nəfərin borcu var (əhalinin ümumi sayı
3 941 100 nəfərdir — Mənbə: "Saksat") ki, bu da təxminən hər iki
nəfərdən biridir.
Qeyd etmək lazımdır ki, kredit üzrə 30 gündən çox gecikməsi
olan fiziki şəxslərin sayı son bir ildə 9 004 nəfər, bir ay ərzində
isə 1 627 nəfər artıb.
Daha təfərrüatlı desək, "Creditinfo"nun 2026-cı il iyun ayı
məlumatına görə, "qara siyahı"da 373 561 nəfər var idi. 2025-ci
ilin iyul vəziyyətinə görə isə 30 gündən çox gecikməsi olan
şəxslərin sayı 366 184 nəfər təşkil edirdi.
31 iyul 2026-cı il vəziyyətinə görə, kreditini ödəyə bilməyən
borcalanlardan 102 415 nəfəri kommersiya banklarının müştərisidir,
302 793 şəxs Milli Bank tərəfindən tənzimlənən digər maliyyə
institutlarının (mikromaliyyə, kredit verən subyektlər), 5 326
nəfər isə digər növ təşkilatların (tikinti şirkəti, distribütor,
lizinq şirkəti və s.) borclularıdır.
Gecikdirilmiş kreditlər üzrə qalıq öhdəliklərə gəlincə, 31
iyul 2026-cı il vəziyyətinə görə, bu məbləğ 3,062 milyard lariyə
çatır ki, bu da maliyyə sektoru tərəfindən verilmiş ümumi
kreditlərin 3,8%-dir.
Məlumat üçün bildirək ki, 31 iyul 2026-cı il vəziyyətinə görə,
Gürcüstanda 1 996 116 nəfərin maliyyə sektoruna borcu var,
kreditlərin ümumi həcmi isə 80 182 757 605 lari təşkil edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415