İran İslam Respublikasının Gürcüstandakı səfiri Seyid Əli Mocani —
hansı ki, 2024-cü ildə "Taliban" hökuməti tərəfindən Əfqanıstandan
qovulub — "əfqan
dostu və uğurlu biznesmen" ilə danışdığını yazır və bundan sonra
Gürcüstan-Əfqanıstan "ticarət marşrutunun potensialını" açıq
şəkildə müzakirə edir.
Diplomat yazır ki, Gürcüstan 2024-cü ildə Əfqanıstana 30,5 milyon
dollar dəyərində avtomobil satıb, lakin Gürcüstanın Milli
Statistika Xidmətinin ("Saksat")
məlumatına görə, son altı il
ərzində — 2021-ci ildən bu günə qədər — Gürcüstandan Əfqanıstana
heç 60 avtomobil də satılmayıb.
Səfirin sözlərinə görə, Əfqanıstan — Pakistanla "münasibətlərini və
məhdudiyyətlərini nəzərə alaraq" — alternativ ticarət-logistika
marşrutları axtarır və belə bir variant kimi Gürcüstanın qoşulması
imkanlarını nəzərdən keçirir.
Avqustun 13-də İran səfirliyinin "Facebook" səhifəsində dərc
olunmuş məktubun başlığı böylədir: "Əfqanıstan, Gürcüstan və
gözlədiyimdən daha ciddi ola biləcək biznes imkanları barədə
söhbət".
"Dostla görüş"
Əli Mocani yazır ki, ötən gün "əfqan dostu və uğurlu biznesmen" ilə
görüşüb və onun xahişi ilə "Gürcüstanın biznes mühitini, ixrac
imkanlarını" müzakirə edib.
"Xüsusilə [istəyirdi ki], Əfqanıstan bazarının
ehtiyaclarının təmin edilməsi barədə əlavə məlumat alsın",
— deyə səfir Mocani yazır və bu "dostun" kimliyini açıqlamır.
Məktubda Qara dəniz vasitəsilə Əfqanıstanla ticarət marşrutunun
yaradılması imkanına diqqət yetirilir.
"Bu istirahət günlərində işimin bir hissəsi Əfqanıstan və
Gürcüstan arasında ticarət, habelə Qara dənizdən Əfqanıstana qədər
regional ticarət haqqında əsas məlumatların toplanmasına həsr
olunacaq", — deyə səfir qeyd edir.
"Əfqanıstan ticarət şəbəkəsinin hissəsi"
O, Gürcüstan və Əfqanıstanın ticarət edə biləcəyi və ticarət
dövriyyəsini artıra biləcəyi müxtəlif növ malların adlarını
çəkir:
"Bir tərəfdən, Əfqanıstan maşın və avadanlıqlar, kommersiya
nəqliyyat vasitələri, yük avtomobilləri, sənaye avadanlıqları, kənd
təsərrüfatı, qida və istehsal vasitələri üçün bazara çevrilə
bilər.
Digər tərəfdən, Əfqanıstandan quru meyvə, zəfəran, kənd təsərrüfatı
məhsulları və bəzi əlavə dəyər yaradan mallar Gürcüstan vasitəsilə
yeni bazarlara çıxa bilər", — deyə o yazır.
"Biz daha da irəli gedə bilərik. Bu yolla Gürcüstanın
logistika imkanları gələcəkdə Qara dəniz və ona bitişik bazarlarla
Əfqanıstan ticarət şəbəkəsinin bir hissəsinə çevrilə
bilər", — deyə Əli Mocani bəyan edir.
Şəxsi səhifəsində dərc olunmuş xəritədən göründüyü kimi, səfir bu
marşrutun Ermənistan və Azərbaycan ərazisindən keçərək İrana, İran
vasitəsilə isə Əfqanıstana bağlanacağını təsəvvür edir.
Maşınların təkrar ixracı (reeksportu) və qeyri-dəqiq statistika
Səfir yazır ki, onun adı açıqlanmayan biznesmen dostu "2024-cü ildə
Gürcüstandan Əfqanıstana avtomobilreeksportuna diqqət çəkib və
bildirib ki, təcrübənin göstərdiyi kimi, Əfqanıstan bazarı
Gürcüstan biznesi üçün mühüm istiqamət ola bilər".
Daha sonra o, 2024-cü ildə Gürcüstandan Əfqanıstana minik
avtomobillərinin reeksportu statistikasını misal gətirir və yazır
ki, bu rəqəm "təxminən 30,5 milyon ABŞ dolları təşkil edib".
Həqiqətdə isə, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına
görə, söhbət 30,5 milyon dollardan yox, cəmi 30,5 min dollardan —
2024-cü ildə cəmi üç avtomobildən gedir.
Səfir Mocani yenədə həmin "dostundan" sitat gətirir: "Qeyd etdiyi
kimi, məsələ yalnız minik avtomobillərinə aid deyil: traktorlar,
ağır yük avtomobilləri və kommersiya maşınları da Əfqanıstan bazarı
üçün mühüm tələbat ola bilər".
"Saksat"ın məlumatına görə:
2023-cü ildə Gürcüstandan Əfqanıstana 25 000 dollar dəyərində bir
avtomobil aparılıb.
2024-cü ildə həcm artıb — 30,5 min dollar dəyərində üç
avtomobil.
2025-ci ildə isə ötən ilin göstericisi məbləğ baxımından dörd dəfə
artaraq 128,4 min dollar təşkil edib — avtomobillərin sayı 20-yə
çatıb.
2026-cı ilin ilk 6 ayında artıq 69 min dollar dəyərində 11
avtomobil ixrac edilib.
Həmin dövrdə — 2026-cı ilin ilk altı ayında — Gürcüstandan
Əfqanıstana ümumilikdə 3,1 milyon dollar dəyərində mal satılıb.
Ən iri ixrac malı şəkərdir — 2,34 milyon dollar dəyərində, daha
sonra traktorlar gəlir — 452 min dollar. Üçüncü yerdə qoşqular və
yarımqoşqular, onların hissələridir — 154 min dollar, bunun ardınca
yük avtomobilləri gəlir — 109 min dollar dəyərində. Minik
avtomobilləri ixrac beşliyinin sonundadır.
Son altı ildə — 2021-ci ildən 2026-cı ilin iyun ayı da daxil
olmaqla — Gürcüstandan Əfqanıstana 57 ədəd minik avtomobili
aparılıb ki, bu da ümumilikdə yarım milyon dollardan bir qədər az,
529 min dollar təşkil edib.
Səfir Mocani "dostuna" bir daha istinad edərək yazır ki, 2025-ci
ildə "Əfqanıstanın xarici ticarət dövriyyəsi təxminən 13,9 milyard
dollar təşkil edib" — bunun da "12,1 milyard dollardan çoxu idxal
olub".
Səfirin bildirdiyinə görə, həmin dostu ona "Qara dəniz vasitəsilə
Əfqanıstana ticarət marşrutu yaratmaq istədiyini və bu səbəbdən
Gürcüstanın potensialı ilə maraqlandığını — hansı tür malların
tədarükünün mümkün olduğunu, hansı malların reeksport edilə
biləcəyini və ya hansı şirkətlər və biznesmenlər şəbəkəsinin mövcud
olduğunu, Gürcüstanın Əfqanıstan bazarının təchizat zəncirinə
qoşulmasının mümkünlüyünü" deyib.
Əli Mocani — Qabildən Tbilisiyə
2025–2026-cı illərin qovşağında İranda hüquq müdafiəçisi qrupların
məlumatına görə yüzlərlə insanın həlak olduğu kütləvi etiraz
nümayişləri ilə Gürcüstana İranın yeni səfirlərinin göndərilməsi
üst-üstə düşdü. Əvvəlki səfirin səlahiyyət müddəti dekabrın sonunda
başa çatmışdı.
Yeni təyin olunmuş səfir Seyid Əli Mocani bəyan edirdi ki,
Prezident Məsud Pezeşkian ona Gürcüstanla "ikitərəfli və çoxşaxəli
dialoqu" gücləndirməyi tapşırıb və "konstruktiv regionlararası
əməkdaşlığın" vacibliyini vurğulayıb. İran səfirliyi yeni rəhbərin
təyinatından sonra da ənənəvi fəaliyyətini, o cümlədən mərkəzi
hökumətin mesajlarını gürcü dilində fəal şəkildə paylaşmağı davam
etdirib. Onun bəyanatları Gürcüstanın siyasi və ekspert
dairələrində dəfələrlə tənqidlə qarşılanıb.
Keçən illərdə Seyid Əli Mocani İran Prezidentinin Əfqanıstan
məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
Bu vəzifədə işləyərkən, 2024-cü ildə Əfqanıstanın "Taliban"
hökuməti onu ölkədən qovub və persona non-qrata elan edib.
Buna əsas kimi "Taliban" Əfqanıstanın Qəndəhar şəhərində dini
məsələ ilə bağlı baş vermiş insidenti gösterib — həmin vaxt
"Taliban"ın mövqeyinə görə, Seyid Əli Mocani "hədləri aşıb".
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415