Rusiya Gömrük Xidmətinin məlumatına görə, Gürcüstanla sərhəddə
yerləşən Yuxarı Lars
keçid məntəqəsində rekord sərnişin axını qeydə alınıb. Bu məlumata
Gürcüstanın Daxili İşlər Nazirliyi də cavab verib.
Rusiya dövlət qurumunun avqustun 18-də dərc etdiyi məlumatlara
əsasən, sərhədi bir gün ərzində 20 mindən çox insan keçib.
"
Turist axınının yüksək intensivliyi minik nəqliyyatının da
rekord sayı ilə müşayiət olunur", – bəyanatda qeyd
olunur.
Rusiya tərəfinin məlumatına görə, gömrük və sərhəd xidmətləri
avtomobillərin maneəsiz keçidini təmin etmək üçün hər şeyi edir.
Qurumun bildirdiyinə görə, "analoji dinamika" artıq bir neçə gündür
ki, qorunub saxlanılır – avqustun 15-i və 16-da keçid məntəqəsindən
sutka ərzində 19 mindən çox insan istifadə edib.
Rusiya Gömrük Xidməti iddia edir ki, bu göstərici "ötən illərin
eyni dövrünün məlumatlarını əhəmiyyətli dərəcədə üstələyir".
Qurum sərnişinləri Gürcüstana və ya Gürcüstandan səfərlərini
planlaşdırarkən bu vəziyyəti nəzərə almağa çağırır.
"Kəlakətli göstərici"
"Aydın və normal yoxlama şəraitində 20 min insanın – istər
avtomobillərlə, istərsə də təkbaşına – sərhədi keçməsi inandırıcı
deyil. 20 000 nəfər olduqda, dəqiqədə 13 insanın yoxlanılması
deməkdir. Yəni belə çıxır ki, bir nəfərin sənədlərinin və
pasportunun yoxlanılmasına orta hesabla 4 saniyə vaxt sərf
olunur?!" – "Vahid Milli Hərəkat"ın Siyasi Şurasının üzvü
Xatiya Dekanoidze Rusiya qurumunun və mediada yayılan xəbərlərə
belə cavab verib.
"Əgər bu həqiqətdirsə, mənim üçün bu, fəlakətli
göstəricidir və yoxlamanın səthi aparıldığını göstərir", –
deyə müxalifətçi siyasətçi sosial şəbəkədə yazır.
Gürcüstan DİN-in izahı
Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatına görə, Gürcüstan
sərhədini Guya Rusiyadan 20 000 nəfərin keçməsi barədə məlumat
"həqiqətə uyğun deyil və ayrı-ayrı maraqlı şəxslər tərəfindən
məqsədyönlü şəkildə dezinformasiya yayılmasına xidmət edir".
Qurumun son 24 saatlıq (avqustun 18-i saat 09:00-dan avqustun 19-u
saat 09:00-dək) məlumatlarına əsasən:
Gürcüstan sərhədini Rusiya tərəfindən müxtəlif ölkələrin 7 880
vətəndaşı keçib;
Analoji dövrdə Lars keçid məntəqəsindən ölkəni müxtəlif ölkələrin 8
406 vətəndaşı tərk edib.
Bu məlumatlara görə, hər iki istiqamətdə Gürcüstan–Rusiya sərhədini
24 saat ərzində cəmi 16 286 nəfər keçib. Rusiya və Gürcüstan dövlət
qurumlarının məlumatları arasındakı fərq 4 000 nəfərə yaxındır.
Rusiya Gömrük Xidməti ilə Gürcüstanın statistika aparma
metodologiyasının üst-üstə düşüb-düşmədiyi məlum deyil. Rusiya
qurumunun məlumatında rekord göstəricinin qeydə alındığı 24 saatlıq
müddətin konkret olaraq hansı dövrü əhatə etdiyi göstərilməyib.
"Bütün maraqlı şəxsləri dəqiqləşdirilməmiş məlumatları yaymaqdan,
həmçinin müxtəlif məlumatları yanlış təfsir etməkdən və təhrif
olunmuş formada yaymaqdan çəkinməyə çağırırıq", – DİN-in
bəyanatında deyilir.
Səfərbərlik gözləntisi?
Lars keçid məntəqəsində, Rusiya və Gürcüstan sərhədindəki növbələr
barədə məlumatlar sosial şəbəkələrdə də yayılır.
Versiyalardan birinə görə, sərnişin axınının artması Rusiyada
ehtimal olunan hərbi səfərbərlik gözləntisi ilə bağlı ola
bilər.
Gürcüstan–Rusiya sərhədində rəsmi olaraq yalnız bir keçid məntəqəsi
fəaliyyət göstərir (Rusiya tərəfində – Yuxarı Lars, Gürcüstan
tərəfində sərhəd məntəqəsinin adı "Dariali", gömrük məntəqəsinin
adı isə "Qazbegi"dir). Bu məntəqədən həm Gürcüstan, Rusiya və
Ermənistan vətəndaşları, həm də beynəlxalq tranzit daşımalarında
iştirak edən yük avtomobilləri edir.
Rusiya–Gürcüstan sərhədində uzun növbələr 2022-ci ilin sentyabr
ayının sonunda, Rusiyada hərbi səfərbərlik elan edildikdən sonra da
müşahid olunmuşdu. Gürcüstan DİN-in o zaman yaydığı statistikaya
görə, sərhəddə hər iki istiqamətdə sərnişin axını gündə 15–16 min
nəfər təşkil edirdi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415