"Gürcü Arzusu"nun lideri və Regional İnkişaf naziri Mamuka
Mdinaradze həbsxanadan onun barəsində ittihamlar
səsləndirən keçmiş komanda yoldaşı, keçmiş Baş nazir İrakli
Qaribaşviliyə cavab verib. Onun sözlərinə görə, keçmiş Baş nazir
"ziddiyyətli bəyanatlar verir".
"
Məqsədlərdən danışmayacağam, bundan çəkinəcəyəm. Həbsdə
olan adamdır və düşünürəm ki, mənim mövqeyimdə olan biri üçün
hansısa hücuma keçmək tamamilə doğru olmazdı. Lakin tam
səmimiyyətlə bir şeyi deyə bilərəm ki, şəxsən mən və hakimiyyətin
digər nümayəndələri korrupsiyaya karşı belə güzəştsiz mübarizə
apardıqda, oxşar ittihamların, bəlkə də daha pislərinin olacağına
hazır idik, var və olacaq da. Əgər hakimiyyət nümayəndəsi kimi buna
hazır deyilsənsə, o zaman nə korrupsiyaya müharibə elan edə, nə iş
görə, nə də öz növbəsində çevik menecmenti təmin edə
bilərsən", – deyə Mamuka Mdinaradze bildirib.
Dünən, avqustun 18-də İrakli Qaribaşvilinin bəyanatı yayılıb. O,
bir gün əvvəl də bu barədə danışaraq bildirmişdi ki, "bu məktub
mənə Bidzina İvanişvilinin tapşırığı ilə göndərilib":
"
Mənim üçün gözlənilmədən, iyul ayında dünən yaydığım
məktubu aldım. Həmin məktubu mənə Mamuka Mdinaradze
göndərmişdi". Həmin məktubda yeni korrupsiya cinayətinin
etiraf edilməsindən bəhs olunur:
"Onlar cavab olaraq bildirdilər ki, mənim siyasətə
qayıtmağımın hələ də 1%-lik riski qalır və buna görə də mənə
korrupsiya ittihamının irəli sürülməsi və mənim bunu etiraf etməyim
mütləq idi".
Avqustun 17-də dərc olunmuş məktubun əsas mesajları
Keçmiş Baş nazir, hazırda həbsdə olan İrakli Qaribaşvili
"Facebook"da yazıb ki, "bu gündən etibarən onun və ailəsinin
təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvili və bütün
hakimiyyətin üzərinə düşür".
Qaribaşvili iddia edir ki, "Gürcü Arzusu"nun fəxri sədri Bidzina
İvanişvilinin tapşırığı ilə ona məktub göndərilib və mənşəyi məlum
olmayan korrupsiya işi üzrə etirafedici ifadə vermək təklif
olunub.
"Azadlığa çıxdıqdan sonra siyasətə yaxınlaşmamalısan", –
Qaribaşvilinin bəyanatına əlavə edilmiş məktubun fotosunda yazılıb.
Məktubda qeyd olunanlara əsasən, etiraf edəcəyi təqdirdə ona
kəsilmiş 5 illik həbs müddəti artırılmayacaq.
Qaribaşvili təklif olunan şərti onun və ailəsinin "məhv edilməsi
üzrə çirkli plan" kimi qiymətləndirir və ictimaiyyətə söz verib ki,
avqustun 18-də insanlara "həqiqəti" təqdim edəcək.
İrakli Kobaxidzenin cavabı
İrakli Qaribaşvilini Baş nazir vəzifəsində əvəz edən İrakli
Kobaxidze avqustun 17-də dərc olunan məktubla bağlı deyib: "Mən bu
bəyanatı gördüm, söhbətin nədən gitdiyini bilmirəm. Bildiyim bir
şey var ki, konkret hökm çıxarılıb, qalanı isə tamamilə
hüquq-mühafizə orqanlarının işidir".
İrakli Kobaxidze İrakli Qaribaşvilinin hansı məktubdan bəhs
etdiyini bilmədiyini bildirib. O, həmçinin qeyd edib ki, keçmiş Baş
nazir tərəfindən yayılan məktubla bağlı Bidzina İvanişvili ilə
danışmayıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415