Oktyabrın 3-də Vani, Tsalka, Dmanisi və Axmeta bələdiyyələrində
saqrebulo (bələdiyyə məclisi) aralıq seçkiləri keçirilir.
MSK-nın bugünkü, avqustun 19-da təşkil olunan iclasında bəlli olub
ki, seçkilərdə yalnız iki partiya iştirak edəcək:
9 – "Güclü Gürcüstan - Lelo";
41 – "Gürcü Arzusu".
Onlar namizədlərini sentyabrın 3-dək təqdim etməlidirlər.
"2025-ci ildə Tsalka dairəsində bizim majoritar namizədimiz 30% səs
toplayıb. İndi seçkilər keçirildikdə və sən iştirak etmədikdə, bu o
deməkdir ki, həmin
30%-ə arxa çevirmisən. Bizim buna haqqımız
yoxdur – keçmişimiz də, gələcəyimiz də bizə borc qoyur ki,
seçicimizi tək qoymayaq və iştirak edək", – deyə "Lelo - Güclü
Gürcüstan"ın liderlərindən biri və eyni zamanda MSK üzvü olan
Mamuka Katsitadze "Azadlıq Radiosu"na bildirib.
Bu seçkilərdə 2024-cü il parlament seçkilərində ən yaxşı nəticələr
göstərmiş müxalifət partiyaları iştirak etmirlər:
"Dəyişiklik üçün Koalisiya";
"Milli Hərəkat";
"Qaxariya Gürcüstan üçün";
"Qirçi".
2025-ci il yerli özünüidarəetmə seçkilərində dörd böyük müxalifət
partiyasından ikisi ("Milli Hərəkat" və "Dəyişiklik üçün
Koalisiya") boykot elan etmişdi və 64 bələdiyyənin hamısında mer
vəzifəsinə "Gürcü Arzusu"nun namizədləri seçilmişdi. Saqrebulonun
majoritar dairələrində isə müxalifət yalnız iki dairədə qalib
gəlmişdi: bunlardan birini Martvilidə bitərəf siyasətçi, Tsageridə
isə "Lelo"nun nümayəndəsi qazanmışdı.
Boykotun səbəbi
Dörd iri müxalifət birliyi (4, 5, 9 və 25 saylı seçki nömrələri
ilə) 2024-cü il parlament seçkilərini saxtalaşdırılmış hesab
edirdi. Həmin seçkilərin rəsmi nəticələrinə əsasən, parlamentdə
əksəriyyəti (89 mandat) "Gürcü Arzusu" qoruyub saxlamışdı.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415