Hərbi xidmətə çağırış bildirişi saytda dərc olunduğu gündən 7-ci
gün təhvil verilmiş sayılacaq
— Hökumət hərbi qeydiyyatın və çağırışçıların milli hərbi
xidmətinin təşkili qaydasında dəyişiklikləri təsdiq edib.
Mühüm yeniliklərdən biri məhz hərbi mükəlləfiyyəti olan şəxslərin
çağırılması haqqında bildirişin təhvil verilməsi qaydasına
aiddir.
Yeni qaydaya əsasən, çağırışçıya bildirişin və ya çağırış
vərəqəsinin təhvil verilməsi mümkün olmadıqda —
o cümlədən, qısa
mesaj (SMS) və ya elektron poçtla göndərilən bildirişə iki iş günü
ərzində cavab verilmədikdə — Agentlik çağırış vərəqəsini rəsmi
internet səhifəsində açıq şəkildə dərc edə bilər.
Çağırış bildirişi dərc edildiyi gündən yeddinci təqvim günü təhvil
verilmiş hesab olunur. Bundan sonra şəxsə hərbi qeydiyyata alınmaq
məqsədilə Agentliyin müvafiq struktur bölməsinə gəlmək üçün 10
təqvim günü vaxt verilir.
Eyni qayda çağırışçıların milli hərbi xidmətinə çağırılması
məqsədilə edilən müraciətlərə də şamil olunur. Bildirişin şəxsən və
ya texniki/rabitə vasitəsilə təhvil verilməsi mümkün olmadıqda,
çağırış vərəqəsi Agentliyin rəsmi internet səhifəsində dərc olunur
və dərc edildikdən sonra yeddinci gün təhvil verilmiş sayılır. Bu
halda da şəxsin Agentliyə gəlməsi üçün dərc edildiyi gündən
etibarən 10 təqvim günü müddəti var.
Dəyişikliklərlə həmçinin müəyyən edilib ki, Agentlik çağırışçını
çağırarkən onun ünsiyyət və rabitə əlaqələri haqqında ərizəsində
qeyd etdiyi məlumatları rəhbər tutur.
Bundan əlavə, bildirişi çağırışçının ailəsinin həddi-büluğa çatmış
(yetkin) üzvü təhvil aldıqda və ya onu qəbul etməkdən imtina
etdikdə də bildiriş təhvil verilmiş sayılacaq. İmtina edildiyi
halda, bildirişin üzərində müvafiq qeyd aparılır və o, Agentliyə
qaytarılır.
Bununla yanaşı, qərara əsasən, bildirişin və ya çağırış vərəqəsinin
təhvil verilməsi yalnız qeydiyyat və faktiki yaşayış yeri üzrə
deyil, həm də iş yeri və ya Agentliyə məlum olan istənilən başqa
ünvan üzrə mümkündür.
Dəyişikliklərdə o da dəqiqləşdirilib ki, çağırış haqqında qərar
qəbul edildikdən sonra hərbi xidmət keçmək üçün çağırıldıqda
gəlməyən şəxslər barəsində Agentlik müvafiq materialları
hüquq-mühafizə organlarına təqdim edəcək.
Çağırış komissiyasına gəlmədikdə isə müvafiq inzibati xəta haqqında
protokol beş iş günü müddətində tərtib edilir və dərhal məhkəməyə
göndərilir.
Gürcüstan Hökumətinin №422 cərimə/qərarı 2026-cı il 31 avqust
tarixli hesab olunur və dəyişikliklər "Hərbi qeydiyyatın,
çağırışçıların milli hərbi xidmətinin və ehtiyat hərbi xidmətin
təşkili qaydası"na daxil edilir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.