Həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşvili həbsxanadan yeni
məktub yayımlayıb və onun sözlərinə görə,
keçmiş hüquq müdafiəçisi Lazare Corbenadzenin ölüm şəraiti ilə
bağlı suallar qaldırıb.
Həbsxanadan yayılan növbəti məktubunda Qaribaşvili yazıb ki,
fevralın 12-də kamerasına Dito Çubinitsenin "Asaval-Dasavali"
qəzetində dərc olunmuş, Kobaxidzenin tənqid edildiyi məqaləsini
gətiriblər və "sözügedən məqalənin arxasında onun durub-durmadığı"
ilə bağlı irad bildiriblər.
Qaribaşvili yazıb ki, Lazare Corbenadze bu məqalənin respondent
olub və daha sonra intihar edib.
Qaribaşvilinin sözlərinə görə, ona bəlli olub ki, "Asaval-Dasavali"
qəzetinin özü Corbenadzenin intihar versiyasını şübhə altına alırdı
və yazıb ki, Lazare Corbenadzenin ölümünün real səbəbi
aydınlaşdırılmalıdır.
Qaribaşvilinin məktubunu tam şəkildə dərc edirik:
"Düşünürəm ki, cəmiyyət mənim tərəfimdən dərc olunmuş
məktubun həqiqi olduğuna və orada göstərilən faktların doğruluğuna
artıq əmin oldu. Mamuka Mdinaradze bu işdə o qədər ağır və kobud
səhvlərə yol verdi ki, bu, yalnız onun vəzifədən azad edilməsinə
deyil, həm də siyasətdən getməsinə səbəb oldu.
Lakin cəmiyyətə öz mövqeyimi bildirmək istəyirəm: Mdinaradzenin
siyasətdən uzaqlaşdırılması onun və İrakli Kobaxidzenin şərikliyi
ilə ölkəyə, insanlara və 'Gürcü Arzusu'na vurulmuş çox ağır və
bərpaolunmaz zərəri silə bilməz.
Cəmiyyət üçün bir daha aydınlaşdırıram ki, mənə göndərilən məktubun
jurnalist Dito Çubinitse, İrma İnaşvili və onların fəaliyyəti
səbəbindən yaranan qavrayış və şübhələrin qeyd olunduğu birinçi
bəndində nə nəzərdə tutulurdu. Bu məsələ ilə bağlı xanım İrma
İnaşvili özü bəyan etdi ki, mənim onların siyasi və ya jurnalist
fəaliyyəti ilə heç bir əlaqəm olmayıb və yoxdur.
Əgər bir neçə gün əvvəl tamamilə təsadüfən dəhşətli bir faktı
öyrənməsəydim, bəlkə də jurnalist Dito Çubinitsenin məqalələri
haqqında ümumiyyətlə heç nə deməzdim. Məhz buna görə də cəmiyyətlə
hakimiyyətin mənə göndərdiyi məktubla və cari ilin fevralında baş
vermiş faktla birbaşa bağlı olan əlavə məlumatı bölüşmək qərarına
gəldim.
Fevralın 12-də Kobaxidze və Mdinaradzenin tapşırığı ilə mənə
"Asaval-Dasavali" qəzetinin 2026-cı il 2 fevral tarixli məqaləsini
gətirdilər. Həmin məqalədə jurnalist Dito Çubinitse keçmiş hüquq
müdafiəçisi Lazare Corbenadzedən müsahibə alır. Məqalə əsasən
Kobaxidzenin tənqidinə və ona qarşı irəli sürülən ağır ittihamlara
həsr olunmuşdu.
Mənə iddialı bir mesaj çatdırdılar ki, burada tamamilə yalan
qavrayışa əsaslanan şübhə ifadə olunurdu — sözügedən məqalənin
arxasında mən durmurdum ki? Başqa detalları qəsdən yazmıram, lakin
əsas ittiham və irad məhz o idi ki, bu cür tənqidi məqalələrin
arxasında mənim izimi görürdülər.
Mənim reaksiyam, təbii ki, son dərəcə mənfi oldu və onlara
çatdırdım ki, oxşar suallar və iddialarla yanıma bir daha
gəlməsinlər, belə sifarişli məqalələr mənim xəttim deyil və məhz
onlar üçün xarakterikdir.
Sonradan bu tənqidi ittihamlar tez-tez "Obieqtivi" telekanalının
efirində də təkrarlanırdı. İndi artıq mənim üçün mənzərə aydındır
və bütün məsələlərə cavab verilib ki, nə üçün məktubun birinci
bəndində "Dito Çubinitse və İrma İnaşvili kimi tərəfdarların" ciddi
şübhələr yaratdığı və Kobaxidze-Mdinaradze komandasının maraqlarına
böyük zərər vurduğu yazılmışdı.
Əgər tamamilə təsadüfən Dito Çubinitsenin sözügedən məqaləsinin
respondentinin məqalə dərc olunduqdan bir qədər sonra intihar
etdiyini öyrənməsəydim, yəqin ki, bütün bu əhvalatı ictimaiyyətə
danışmağa dəyməzdi…
Həmçinin mənə bəlli oldu ki, vəfat etmiş hüquq müdafiəçisi Lazare
Corbenadzenin intiharı ilə bağlı "Asaval-Dasavali" qəzetinin özü
açıq şəkildə suallar qaldırır və onun intihar versiyasını şübhə
altına alırdı.
Aşağıdakı suala cavab verilməlidir: Hüquq müdafiəçisi Lazare
Corbenadzenin ölümünün real səbəbi nə idi?
Bu sualı açıq şəkildə qaldırıram, çünki Kobaxidze-Mdinaradze
hakimiyyəti dövründə baş vermiş bir çox insanın intihar faktı ilə
bağlı cəmiyyətdə bu günə qədər cavabsız suallar
qalmaqdadır..."
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.