İran mediası ölkənin cənubunda, Bəndər-Abbas, Sirik, Konarak və
Qeşm bölgələrində partlayışların baş verdiyini bildirir.
Digər tərəfdən, SEPAH İordaniyanın Əqəbə körfəzi sahilində yerləşən
ABŞ Dəniz Piyadaları Korpusunun bazasına raket zərbəsi endirdiyini
açıqlayıb. Həmçinin İraqda Ərbil yaxınlığındakı ABŞ hərbi
obyektlərinin və Bəhreyndəki "Şeyx İsa" aviabazasına da hücum
edildiyi qeyd olunur.
"Radio Fərda" xəbər verir ki, Bəhreyn, İordaniya
və Küveyt
rəsmiləri İranın hücumlarının dəf olunduğunu bildiriblər.
ABŞ ordusu İrana zərbələrin son dalğasını başa çatdırdığını
bildirib
ABŞ ordusu sentyabrın 1-də gecə İrana
zərbələrin son dalğasını başa çatdırdığını açıqlayıb. İslam
İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinin vurulduğu
bildirilir. İranla ABŞ arasında müharibə həftəsonu yenidən
kəskinləşib, tərəflər qarşılıqlı hücumlar həyata keçiriblər.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində yazıb ki,
qüvvələri SEPAH-a məxsus hədəflərə, hava hücumundan müdafiə
obyektlərinə, radar sistemlərinə, dəniz vasitələri və obyektlərinə,
zərbələr endirib.
“Axios” ABŞ rəsmilərinə istinadla yazır ki, ABŞ ordusu sentyabrın
1-də İran hökumətinə məxsus iki tankeri də vurub.
İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Hörmüz boğazı
sahilində yerləşən Sirik yaxınlığında keçirilən toy mərasimində 5
nəfər ölüb, 50 nəfər yaralanıb. “Mehr” xəbər agentliyi ölənlər
arasında 4 yaşlı uşağın da olduğunu bildirib. İRNA əyalət rəsmisinə
istinadla 68 nəfərin yaralandığını yazıb.
Trampın xəbərdarlığı
ABŞ prezident Donald Tramp
bundan əvvəl sosial şəbəkədə yazıb ki, ABŞ Hörmüz boğazı
yaxınlığındakı İran hədəflərinə zərbələr endirir və Tehran cavab
verərsə daha ağır hücumlarla üzləşəcək. Prezidentin sözlərinə görə,
ABŞ-nin sentyabrın 1-də yenidən başladığı zərbələr İranın Hörmüz
boğazına mina yerləşdirmək, İordaniyadakı ABŞ hərbi bazasını vurmaq
üçün “uğursuz cəhdi”nə cavab olub.
O, hazırda Hörmüz boğazında heç bir mina olmadığını, hamısının
“tamamilə təmizlənib və ya partladıldığı” yazıb. Tramp İranın ABŞ
bazasına atdığı səkkiz raketin hamısının uğurla vurulduğunu
bildirib.
Tramp xəbərdarlıq edib ki, İran onun “tamamilə əsaslandırılmış
hücum”una cavab verərsə, bu ölkə yenidən, “daha sərt və daha yüksək
səviyyədə” vurulacaq. O, daha böyük hücuma hazırlıq görüldüyünü
deyib və hədələyib ki, həmin hücum başa çatdıqdan sonra “İran İslam
Respublikasından çox az şey qalacaq”.
İran cavab verəcəyini deyir
İran isə sentyabrın
1-də ABŞ-nin ölkədəki hədəflərə zərbələrinə cavab verəcəyini vəd
edib. İRİB dövlət yayımçısının məlumatına görə, ordusu ABŞ-yə qarşı
“sarsıdıcı və dağıdıcı zərbələr”lə bağlı xəbərdarlıq edib.
Bəyanatda deyilir ki,
“ABŞ ordusu regiondakı təcavüzünü nə
qədər davam etdirsə, daha böyük və ağır itkilərlə
üzləşəcək”.
Bu arada İordaniya və Küveytdə hava hücumu həyəcanı siqnalları işə
salınıb. İordaniya ordusu bildirib ki, hava hücumundan müdafiə
sistemləri buraxılan 13 raketdən 10-nu vurub. Qalan üç raketin isə
yaşayış məntəqələrindən uzaq ərazilərə düşdüyü bildirilib.
Müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayıb.
İran isə İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz
ölkələrinə zərbələrlə cavab verib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.