Türkiyənin "Pegasus" aviaşirkəti Rusiyaya uçuşları ləğv etməyə
başlayıb.
"Ostorojno, novosti" və "Post"un məlumatına görə, şirkət Türkiyədən
Moskvanın Vnukovo aeroportu və əks istiqamətə 12 reysi ləğv
edib.
PC1456 reysinin sərnişinləri deyiblər ki, Bodrumdan Moskvaya uçmalı
idilər, ancaq təyyarəyə minik zamanı reys ləğv edilib. Onların
sözlərinə görə, Türkiyə aviaşirkətləri hava məkanındakı vəziyyətdən
dolayı uçuşları ləğv etməyə başlayıblar.
"Görünür, "Pegasus" Zelenskinin sözlərini çox ciddi qəbul edib.
Şirkət ötən gün Rusiya reyslərini tamamilə dayandırsa da, digər
aviaşirkətlər uçuşları davam etdirirlər", – sərnişinlərdən biri
"Post"a danışıb.
Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl Rusiyanın hava
məkanının Ukrayna dronları ucbatından tam təhlükəli olacağını
bildirmişdi.
1 sentyabr
Zelenski: 'Rusiyanın hava məkanı tam təhlükəlidir'
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hava məkanından
istifadə edən aviaşirkətlərə Ukrayna dronları ilə bağlı xəbərdar
edib. Onun dediyinə görə, Moskvanın eskalasiyanı davam etdirməsi
fonunda Rusiya səması artıq təhlükəsiz deyil.
"Bu gün Rusiya hava məkanından istifadə edən bütün aviaşirkətlərə,
sığorta şirkətlərinə, hələ də Rusiyanın əsas aeroportlarından
istifadə edənlərə xəbərdarlıq etmək istəyirik: Rusiya səması tam
təhlükəlidir", – Zelenski sentyabrın 1-də gündəlik
videomüraciətində deyib.
"Dronlarla dolu səma mülki aviasiyanın yeri deyil", –Zelenski
deyib.
Bu açıqlama Kiyevin Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli
zərbələri artırdığı bir vaxtda verilir. Ukrayna Kremli sülh
danışıqlarına vadar etmək üçün hərbi obyektləri, neft-qaz
infrastrukturunu, logistika mərkəzlərini hədəfə alır.
Ukrayna prezidenti Kiyev heç bir mülki təyyarəni təhdid etmədiyini
vurğulayıb. Amma dediyinə görə,
"Rusiya səmasında elə
miqyasda dronlar olacaq ki, bunu nəzərə almaq lazım
gələcək".
Rusiya prezidenti Vladimir Putin Qırğızıstanda mətbuat konfransında
Zelenskinin açıqlaması ilə bağlı sualı cavablandırıb. O deyib ki,
hər hansı insident baş verərsə, Moskva buna cavab verəcək, "bu cür
bəyanatlar dövlət terrorizmidir".
Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala
başlayandan kommersiya təyyarələri Ukrayna ərazisinə uçmur, ölkənin
hava məkanından tranzit üçün istifadə etmir.
2014-cü ilin iyulunda Ukraynanın şərqi Donbas bölgəsində Rusiyaya
məxsus raket Amsterdamdan Kuala-Lumpura uçan "Malaysia Airlines"
təyyarəsini vurub. Təyyarədə olan 298 sərnişin və ekipaj üzvünün
hamısı həlak olub. O zaman bölgədə Kiyev qüvvələri ilə Rusiya və
Rusiyanın dəstəklədiyi qüvvələr arasında döyüşlər başlamışdı.
Sentyabrın 1-də Rusiya qüvvələri Ukraynanın müxtəlif bölgələrinə
zərbələr endirib. Həmin gün ölkədə yeni dərs ili başlayıb.
Kiyev vilayətinin Borispol şəhərində yaşayış binasının yaxınlığına
Rusiya raketi düşüb, azı dörd nəfər həlak olub, 13 nəfər
yaralanıb.
Zelenski son hücumları "mülki əhaliyə qarşı Rusiya terroru"
adlandırıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.