Marneuli meriyası və Bələdiyyə Məclisində ödənişli təcrübə proqramı
elan edib.
Təcrübə proqramında iştirak etmək istəyənlər 2026-cı il sentyabrın
1-dən 10-dək
www.vacancy.hr.gov.ge saytında müraciət edə
bilərlər.
Təcrübə proqramı barədə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze Bələdiyyə Məclisinin sentyabrın 2-də keçirilən iclasında
danışıb və maraqlanan şəxsləri fəal olmağa çağırıb.
“Bildiyiniz kimi, Gürcüstan baş nazirinin qərarı ilə
ölkə üzrə 3 400-dən çox vakant yerə üç aylıq ödənişli təcrübə
proqramı elan edilib. Bu müsabiqə çərçivəsində bizim meriya və
Bələdiyyə Məclisində ümumilikdə 16 vakant yer var. Düşünürəm ki, bu
çox yaxşı fürsətdir və bununla bağlı nümunəmiz də var. Ötən il bu
proqram çərçivəsində uğurlu tələbələrdən biri olan Aysun Orucovanı
işə götürdük və bu gün o, bizim əməkdaşımızdır”, –
Amiran Qiorqadze bildirdi.
Təcrübə proqramı Marneuli meriyasında aşağıdakı istiqamətlər üzrə
elan edilib:
- İnzibati xidmət – 3 yer;
- Maliyyə-büdcə xidməti – 2 yer;
- Şəhərsalma, məkan planlaşdırılması, memarlıq və tikinti
xidməti – 3 yer;
- Nəzarət xidməti – 2 yer;
- İnfrastruktur və iqtisadi inkişaf xidməti – 3
yer;
- Əmlakın idarə edilməsi və maddi-texniki təminat xidməti
– 3 yer.
Bələdiyyə Məclisi aparatında:
- Qadın və kişi bərabərliyi, innovasiyalar və beynəlxalq
əlaqələr üzrə təcrübəçi;
- Media və ictimaiyyətlə əlaqələr şöbəsi üzrə
təcrübəçi;
- Hüquqi məsələlər şöbəsi üzrə təcrübəçi;
- İnsan resurslarının idarə edilməsi şöbəsi üzrə
təcrübəçi.
Bütün vakant yerlər üzrə aylıq ödəniş 480 lari müəyyən edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.