Paşinyan Putinlə Bişkek görüşündən sonra Moskvaya gedəcəyini açıqlayıb
Ermənistanın baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Moskvaya səfər edəcəyini açıqlayıb. Tərəflər görüşdə Ermənistan-Rusiya münasibətlərinin gələcəyini müzakirə ediblər.

Paşinyan sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilən görüşü "çox yaxşı" adlandırıb. Dediyinə görə, liderlər Moskvaya qarşıdakı səfəri zamanı "səmimi və konstruktiv" söhbəti davam etdirmək barədə razılığa gəliblər.

Paşinyan Bişkek görüşündə
Ermənistanın Rusiya ilə ənənəvi yaxın münasibətlərinə alternativ əlaqələr qurmaq səylərini müdafiə edib. O, Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsindən sonra sülhün əldə olunması ilə Cənubi Qafqazda vəziyyətin dəyişdiyini də bildirib.

"Rusiya ilə Ermənistanın münasibətləri Ermənistan-Azərbaycan münaqişəsi dövründə başqa məna daşıyırdı. Artıq regionda sülh yarandığından vəziyyətə yeni nəzərlə baxmalıyıq", – Paşinyan Putinə deyib.

Rusiya onilliklər boyu Ermənistanla Azərbaycan arasında əsas vasitəçi olub. Ancaq tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar.

Moskva isə son illər Ermənistanın Qərb, xüsusilə Avropa İttifaqı ilə əlaqələrinin sıxlaşmasından narahatlıq bildirib.

Mütəxəssislərin iştirakı ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər
Elə dünənki görüşdə də Putin Ermənistana Avropa İttifaqına üzvlük, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı referendum keçirmək çağırışını təkrarlayıb. Paşinyan məsələnin referenduma çıxarılmaq üçün yetişmədiyini deyib.


Putin görüşdən sonra jurnalistlərə deyib ki, Rusiya və Ermənistan dialoqu "sakit şəkildə" davam etdirməyə razılaşıblar. Onun sözlərinə görə, Paşinyan hər bir sahə üzrə əməkdaşlığı ətraflı nəzərdən keçirilməyi təklif edib.

"Qoy onlar nə istədiklərini, məqsədlərinin nə olduğunu açıq desinlər", – Putin jurnalistlərə bildirib.

Putinin dediyinə görə, o, ikitərəfli əməkdaşlığı mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə etmək üçün Paşinyanı Moskvaya dəvət edib. Görüşdə dəmir yolu və infrastrukturun inkişafının da müzakirə ediləcəyi gözlənilir. Putin əlavə edib ki, Rusiyanın Ermənistan dəmir yollarına qoyacağı gələcək investisiyalar yükdaşımaların səviyyəsindən asılı olacaq.

Rusiya Ermənistan dəmir yollarını konsessiya əsasında idarə edir. Yerevanın idarəçilik hüququnu üçüncü tərəfə satmaq barədə təklifini Moskva rədd edib.

"Ermənistan buna hazırdırmı?"

Rusiyanın Ermənistanda hərbçi mövcudluğuna gəlincə, Putin deyib ki, Yerevan buna ehtiyacı olmadığı qərarına gəlsə, Moskva Gümrüdən hərbi bazasını "hətta sabah" çıxarmağa hazırdır.

"Amma Ermənistan buna hazırdırmı? Biz heç kimə heç nəyi məcbur etməyəcəyik", – Putin söyləyib.

"Ermənistan xalqı ölkədə Rusiyanın müəyyən hərbi mövcudluğunun qalmasını istəyirsə, biz qalacağıq və fəaliyyətimizi davam etdirəcəyik",
– Rusiya prezidenti əlavə edib.

Sovet İttifaqı dağılandan sonra Rusiya Ermənistanda hərbi mövcudluğunu saxlayıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazası 1995-ci ildə qurulub. İlkin olaraq 25 illik müqavilənin müddəti 2010-cu ildə 2044-cü ilə qədər uzadılıb.

Paşinyan iyunda bildirmişdi ki, Yerevanın Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb etmək planı yoxdur.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google