Kiyevdə SBU ilə 'Müdafiə Qüvvələrinin bölməsi' arasında atışma olub
Kiyevdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) hazırladığı iddia edilən terror aktını araşdıran Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməkdaşları silahlı hücuma məruz qalıb. Məlumatı SBU yayıb. Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

"Ünvanlardan birində axtarış aparılarkən bir qrup şəxs SBU-nun əməliyyat-istintaq qrupuna silahlı hücum edib. Onlar istintaq hərəkətlərinə mane olmağa çalışıb, avtomobillərlə hüquq-mühafizə əməkdaşlarının yolunu bağlayıblar",
– SBU qeyd edir.

Məlumata görə, hücum edənlər saxlanılıb, onlar Ukrayna Müdafiə Qüvvələrinin bölmələrindən birinin üzvləridir. Ancaq konkret hansı qurumdan söz getdiyi açıqlanmayıb.

SBU əməkdaşlarına hücum edənlər kimlərdir

"Ukrainska Pravda" isə atışmanın SBU ilə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) nümayəndələri arasında baş verdiyini yazıb. Nəşrin mənbələrinə
görə, tərəflər silahı yerə qoymaq barədə razılığa gəliblər, bundan sonra istintaq hərəkətlərinə başlanılıb.

Hadisə yerinə Dövlət Təhqiqat Bürosunun müstəntiqləri, SBU-nun "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin xüsusi təyinatlıları da gəliblər. Araşdırma gedir.

Bundan əvvəl SBU FSB-nin hazırladığı iddia olunan terror aktının qarşısını aldığını açıqlamışdı. Ukraynanın Müstəqillik Günü ərəfəsində ölkəyə gəlmiş Rusiya müxalif siyasi milli hərəkatının liderlərindən birinə qarşı sui-qəsd planlaşdırıldığı bildirilirdi. "RBK-Ukrayna"nın məlumatına görə, söhbət Rusiya Könüllülər Korpusunun (RDK) komandir müavini Stepan Kaplunovdan gedir.

RDK sentyabrın 1-də bildirib ki, Kaplunovu öz evinin həyətində naməlum şəxslər qaçırıb. Onun vəkilləri Dövlət Təhqiqat Bürosuna müraciət ediblər, qurum şikayətin daxil olduğunu təsdiqləyib.

Kaplunovun vəkili Taras Borovski iddia edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun müvəkkilinin evinə gəliblər, Kaplunovun döyüş yoldaşları hadisə yerinə çatınca atışma başlayıb. Vəkilin sözlərinə görə, sonradan hadisə yerinə QUR xüsusi təyinatlı bölməsinin "Timur" ləqəbli komandiri də gəlib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google