Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyir ki,
Almaniyada aeroporta dronla hücum cəhdindən sonra Rusiyaya təzyiq,
yeni sanksiyalar artırılacaq.
Onun sözlərinə görə, bu hadisə Moskvanın getdikcə daha
"məsuliyyətsiz" davrandığını göstərir.
Ötən ay Leypsiq aeroportunun əməkdaşları partlayıcı və detonator
yerləşdirilmiş dron aşkarlayıblar. Bu hava limanı mühüm mülki
yükdaşıma və NATO-nun logistika mərkəzidir. Burada Ukraynanın bir
neçə nəhəng
"Antonov An-124" yük təyyarəsi də yerləşir.
Almaniya hücum cəhdinə görə Moskvanı ittiham edir. Rusiya isə
ittihamı rədd edib.
"Avropa və NATO Rusiyaya təzyiqi sadəcə davam
etdirməyəcək, onu gücləndirəcəyik. Rusiya Ukraynada günahsız
uşaqları, kişiləri və qadınları bombalamağı və öldürməyi
dayandıranadək dayanmayacağıq", – fon der Lyayen
Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra
bildirib.
Yeni sanksiyaların tam miqyası hələlik açıqlanmayıb.
1 sentyabr
Almaniya dron hücumuna cavab olaraq Rusiya Evini
bağlayır
Almaniya avqustun 4-də Leypsiq hava limanına partlayıcı daşıyan
dronlarla hücum cəhdinə görə rəsmən Rusiyanı ittiham edib. Almaniya
bu hücuma cavab olaraq Rusiyanın Bonndakı konsulluğunu və
Berlindəki Rusiya Evini bağlamaq qərarı verib. Beləliklə, Rusiyanın
Almaniyada cəmi bir konsulluğu (Berlində) qalacaq.
"Deutsche Welle"nin məlumatına görə, Almaniya ölkəyə gələn Rusiya
vətəndaşları üçün sərhəddə yoxlamaları da sərtləşdirəcək. Bu barədə
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər
naziri Yohann Vadeful məlumat verib.
Dobrindtin sözlərinə görə, Rusiyanın bu insidentdə iştirakı dronun
tənzimləmələri və onun digər hibrid hücumlarda istifadə olunmuş
xüsusi detalları araşdırıldıqdan sonra üzə çıxıb.
Avqustun 4-nə keçən gecə Leypsiq hava limanı yaxınlığında
partlayıcı quraşdırılmış dron ələ keçirilib. Ehtimallara görə, o,
Ukrayna üçün silah daşıdığı bildirilən "An-124" yük təyyarəsinə
hücum etmək istəyirmiş. Hadisədən az sonra həmin ərazidə daha bir
pilotsuz uçuş aparatı aşkarlanıb.
NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının rəhbəri
Ursula fon der Lyayen bu insidentlə bağlı Almaniya ilə tam həmrəy
olduqlarını bəyan ediblər. Avropa İttifaqının xarici siyasət
rəhbəri Kaya Kallas isə vurğulayıb ki, Rusiyanın bu cür hibrid
əməliyyatları onları Ukraynaya dəstək verməkdən
çəkindirməyəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
bildirib ki, Moskva Almaniyadakı konsulluğun və Rusiya Evinin
bağlanmasına mütləq cavab verəcək.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.