Marneuli bağçaları üçün 6 tondan çox ət alınacaq
Marneuli Uşaq Bağçaları Birliyi ət məhsullarının alınması üçün 172 990 lari dəyərində tender elan edib.

Tender sənədlərinə əsasən, bələdiyyə ümumilikdə 6 406 kiloqramdan çox ət məhsulu alacaq.
  • Mal əti – 4 404 kq
  • Toyuq filesi – 2 002 kq
Tender tələblərinə əsasən, mal əti təzə kəsilmiş və dondurulmamış olmalıdır. Ət kəsim məntəqəsindən bağçalara 24 saat
ərzində çatdırılmalıdır. Məhsulun əzələ kütləsi faiz nisbətində yağlı hissədən üstün olmalı, rəngi tünd çəhrayıdan açıq qırmızıya qədər dəyişməli və xoşagəlməz qoxusu olmamalıdır. Ətlə birlikdə baytarlıq şəhadətnaməsi də təqdim edilməlidir.

Toyuq filesi isə müəyyən edilmiş qida parametrlərinə uyğun, A kateqoriyalı, dərin və quru üsulla dondurulmuş məhsul olmalıdır. Məhsulun tərkibində GMO və qadağan olunmuş farmakoloji maddələr olmamalıdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər müraciətlərini 8–11 sentyabr tarixlərində təqdim edə bilərlər.

Tenderin qalibi Marneuli bağçalarını ət məhsulları ilə mərhələli şəkildə təmin etməli və tədarükü dekabrın 31-dək başa çatdırmalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google