Marneulidə dörd küçənin reabilitasiyası planlaşdırılır
Marneulidə küçələrin reabilitasiyası üçün meriya 1 593 012 lari dəyərində tender elan edib.

İşlər Algeti, Beritaşvili, Qarqarlaşvili və Uiyarağo küçələrini əhatə edəcək.

Tender sənədlərinə əsasən, layihənin məqsədi layihə ərazisində yaşayan əhalinin magistral yola və bununla da ölkənin digər regionlarına çıxışını təmin etməkdir.

“Gürcüstan regionlarında əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud yolların bərpası-reabilitasiyasına və onların düzgün, fasiləsiz
fəaliyyətinə böyük əhəmiyyət verilir. Bu avtomobil yolu vasitəsilə layihə ərazisində yaşayan əhalinin magistral yola və müvafiq olaraq ölkənin regionlarına çıxışı təmin olunur. Layihə yolunun reabilitasiyası – texniki parametrlərin yaxşılaşdırılması və yol örtüyünün salınması, hərəkətin təhlükəsizliyi üçün yolların müasir elementlərlə təchiz edilməsi avtomobil nəqliyyatının təhlükəsiz hərəkətinə və bununla da əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə kömək edəcək”,
– tender sənədlərində qeyd olunur.

Tender üzrə təkliflərin qəbulu 2026-cı il sentyabrın 6-da başlayacaq və sentyabrın 9-dək davam edəcək. Tenderin qalibi işləri müqavilə imzalandıqdan sonra 180 təqvim günü ərzində başa çatdırmalıdır.

Qeyd edək ki, yerli özünüidarəetmə orqanı ötən ay da küçələrin reabilitasiyası üçün tender elan etmişdi. Həmin tenderə 9 küçə daxil edilmişdi və sözügedən ərazilər də onların arasında idi. Lakin tender baş tutmayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google