Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq
Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsinin və Detektivlər
Baş İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq
yolu ilə mənimsəməkdə, saxta rəsmi sənəd hazırlamaqda və ondan
istifadə etməkdə təqsirləndirilən bir şəxsi saxlayıblar.
Hüquq-mühafizə orqanlarının iş üzrə kompleks şəkildə apardığı
istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən
şəxs özünü xarici ölkə
vətəndaşlarına vəkil kimi təqdim edib və
Gürcüstanda yaşamaq və işləmək hüququ əldə etmək üçün tələb olunan
sənədlərin hazırlanmasına kömək etmək müqabilində onlardan 58 000
lari alıb. Lakin o, vəd etdiyi xidməti göstərməyib və pulu
dələduzluq yolu ilə mənimsəyib.
Zərərçəkənlər tərəfindən irad bildirildikdən sonra təqsirləndirilən
şəxs bank köçürməsinə dair saxta sənəd hazırlayıb və həmin sənəddən
istifadə edərək zərərçəkənləri guya onlara məxsus pulu geri
qaytardığına inandırmağa çalışıb.
Hüquq-mühafizə əməkdaşları təqsirləndirilən şəxsi hakimin qərarı
əsasında saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci və 362-ci
maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 9 ilədək
müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.