Batumidə dənizdə iki kater toqquşub – 5 nəfər xəsarət alıb
Sentyabrın 3-də Batumidə sürətlə hərəkət edən iki kater toqquşub. Toqquşma nəticəsində katerlərdə olan bir neçə nəfər dənizə düşüb. Bu barədə “Acara Times” məlumat yayıb.


Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım qrupları tərəfindən tibb müəssisəsinə çatdırılıblar. İlkin məlumata görə, xəsarət alanların həyatı üçün təhlükə yoxdur.

Daxili İşlər Nazirliyinin məlumatına
görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə istintaq başlanıb. Sözügedən maddə nəqliyyatın hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google