Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb
ki, həbsdə olan sabiq
baş nazir İrakli Qaribaşvili həbsxanada zəhərlənməkdən və mümkün
sui-qəsddən qorxur və ağır psixoloji vəziyyətdədir.
“Artıq bir aydan çoxdur ki, onun zəhərlənməkdən isterik
şəkildə qorxduğunu dəqiq bilirəm (bu kiçik həbsxanada məlumatlar
tez yayılır). Qaribaşvili həbsxanada zəhərlənmənin necə baş
verdiyini ən yaxşı bilənlərdəndir, bunu kimdənsə eşitməmişik.
Həmçinin gəzintiyə çıxmaqdan da qorxur (gündə bir dəfə buna haqqı
var), çünki orada əsas korpusdan kənarda tək qalacaq və qəfil
‘özünü asmaq’ asan olacaq. Həbsxanada ona verilən dərmanları da
qəbul etmir, çünki zəhərlənməkdən qorxur.
Son günlər ərzində həbsxananın psixiatrı artıq dördüncü dəfə onun
yanına gəlib. Qaribaşvili, həqiqətən də, kriminal bir canavardır,
amma canavarın belə insan hüquqları var və məndən fərqli olaraq, bu
günə qədər mənim həbsxanada işgəncə görməyimə, zəhərlənməyimə və
təzyiqlərə məruz qalmağıma sevinən ‘Gürcü arzusu’ndan fərqli
olaraq, mən hesab edirəm ki, hətta Qaribaşvili ilə belə rəftar
etmək olmaz.
Həbsxana əməkdaşları deyirlər ki, belə ağır psixoloji vəziyyətdə
olan məhbusları heç vaxt olmayıb. Həmçinin Qaribaşvili konkret
olaraq Kobaxidzedən qorxmur. Kim-kim, ‘Tri-Tri Antuan’ın
Gürcüstanda onun aradan götürülməsi barədə əmri kimin verə
biləcəyini ən yaxşı bildiyini deyirlər.
Kobaxidze də Qaribaşvili kimi heç bir dəyəri olmayan biridir.
Sadəcə, indi o, təhlükə yaradır, çünki öz sahibinin qulağına elə
düzgün oturub.
Fakt budur ki, bu mafioz sindikat təkcə sindikatın keçmiş üzvləri
üçün deyil, hər bir gürcü üçün təhlükəlidir.
Bu mafioz qruplaşma mövcud olduğu müddətdə həmişə ‘Xarebalar’ və
‘intihar’ hadisələrinin baş verdiyi yerlərə çevrilmiş müşahidə
kameraları olacaq və getdikcə daha çox insan həyatdan gedəcək.
Hərəkətə keçməyin vaxtıdır!” – Saakaşvili yazır.
O, həmçinin “Rustavi 2” telekanalının təsisçisi Erosi
Kintsmarişvilinin qətlini də xatırladır və qeyd edir:
“Erosi Kitsmarişvilinin intihar kimi rəsmiləşdirilmiş
qətlinin bütün təfərrüatlarını Zviad Xarazişvili (Xareba) bilir.
Məhz Erosinin aradan götürülməsindən sonra Xarəba sahibinin sevimli
xüsusi təyinatlısına çevrildi, əsl ‘ispolnitel’ kimi.
Bundan ‘Gürcü arzusu’nda kifayət qədər geniş çevrənin, həmçinin
Erosidən rüşvət almış, qorxudulmuş və susdurulmuş qohumlarının
xəbəri var. Mütləq, hər kəs hər şeyə görə cavab
verəcək”, – Saakaşvili yazır.
Mənbə: news.on.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.