“Lelo – Güclü Gürcüstan”ın liderlərindən biri Salome Samadaşvili
bildirib ki, “normal dövlətdə” hüquq müdafiəçisi
Lazare Corbenadzenin ölüm işi üzrə prokurorluqda dindirməyə ilk
növbədə Baş nazir İrakli Kobaxidze və siyasətdən gedən Mamuka
Mdinaradzeni çağırmalı idilər.
“Normal dövlətdə Lazare Corbenadzenin işi üzrə
prokurorluğa dindirməyə ilk növbədə məhz Kobaxidze və Mdinarađeni
çağırılmalı idi, ən azı onlar. Amma görünür, bu gün hakim rejim tam
isterika içindədir. Çünki onlar üçün aydındır ki, Qaribaşvilinin
sonrakı ifşaları son dərəcə zərərli ola bilər.
Qaribaşvili təkcə rejim və rejimin siyasi fəaliyyəti haqqında
deyil, həmçinin şəxsən İvanişvilinin ailəsi ilə bağlı da çox böyük
həcmdə məlumata malikdir.
Ona görə də, görünür, həbsxanadan İvanişvilinin ən yaxın çevrəsinin
üzvü və keçmiş baş nazirin səsləndirdiyi məlumatlarla bağlı suallar
verən opponentlərə və ya müstəqil şəxslərə qarşı hansısa siyasi
qorxutma kampaniyası aparmaq qərarına gəliblər.
Bütün bunlar yalnız şübhələri daha da gücləndirir ki, Qaribaşvili
ittihamları, belə demək mümkündürsə, əsassız şəkildə irəli
sürmür”, – deyə “Lelo – Güclü Gürcüstan”ın
liderlərindən biri Salome Samadaşvili “TV Pirveli”yə müsahibəsində
bildirib.
Hüquq müdafiəçisi Lazare Corbenadzenin intiharı işi üzrə bu gün
saat 12:00-da Şəhər Məhkəməsində “Lelo – Güclü Gürcüstan”ın
liderlərindən biri Tazo Datanaşvili dindiriləcək.
Saat 13:00-da isə “Milli Hərəkat”ın üzvü Xatia Dekanoidze, saat
14:00-da isə “Gürcüstan Vətənpərvərləri Alyansı”nın lideri İrma
İnaşvili dindirilmək üçün Diğomi Baş İdarəsinə gedəcək.
Lazare Corbenadze siyasi fəal və hüquq müdafiəçisi olub. O, 2026-cı
ilin aprelində vəfat edib.
İş üzrə intihar versiyası araşdırılır. Lakin onun yaxınları,
partiya yoldaşları və cəmiyyətin bir hissəsi buna inanmır və onun
müəmmalı şəraitdə öldüyünü hesab edir.
Bununla yanaşı, ölümündən qısa müddət əvvəl Lazare Corbenadze
“Asaval-Dasavali” qəzetinə kəskin müsahibə verib. Həmin müsahibədə
o, hakimiyyətin yüksək vəzifəli şəxslərini, xüsusilə İrakli
Kobaxidze və Mamuka Mdinarađeni sərt şəkildə tənqid edib.
Mənbə: news.on.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.