İsrailin baş naziri Binyamin Netanyahu deyir ki, İranla müharibə
başlayandan altı ay sonra ölkəsinin qarşısında
duran əsas vəzifə İran rəhbərliyini devirməkdir və bu məqsəd
əlçatandır.
"Bu rejim hazırda sarsılır. O, heç vaxt belə zəif
olmayıb, sağ qalmağa çalışır", – Netanyahu sentyabrın
3-də İsrail ordusunun rəhbərliyi ilə keçirilən tədbirdə deyib.
"Əminəm ki, bu təhlükəni birdəfəlik aradan qaldıra, bu
rejimi devirə bilərik. Bu, qarşıda duran əsas vəzifədir və ona
yaxınıq. Bu, qeyri-mümkün deyil, əlçatandır", – o
bildirib.
"Bizi məhv etməyə çalışan və bizi yox etmək üçün nüvə
bombaları ilə silahlanmaq istəyən bir rejimin yaratdığı təhlükə ilə
üz-üzə idik. Bu təhlükəni, digər təhdidləri geri
oturtduq", – Netanyahu vurğulayıb.
Baş nazir bildirib ki, Tehrandakı rejimin zəifliyi İranın artıq
İsrailə hücum etməməsinin əsas səbəbidir.
İranın ali rəhbəri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana
hava zərbələrinin ilk günündə öldürülüb. Sonradan rejimin və
ordunun onlarla digər rəhbər şəxsi də hücumlar nəticəsində
öldürülüb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın nüvə silahı əldə
etməsinin qarşısını almaq müharibənin əsas məqsədidir. Amma o, son
vaxtlar Hörmüz boğazının yenidən açılmasını da əsas hədəflərdən
biri kimi göstərib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.