ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
Kiber-Elektron Komandanlığının rəsmisi
Əmir Yaryabın kimliyi və ya yeri barədə məlumata görə 10 milyon
dollaradək mükafat elan edib. Mükafatı Dövlət Departamentinin
"Ədalət naminə mükafat" proqramı təyin edib.
Yaryab qurumun Kiberəməliyyatlar Komandanlığına rəhbərlik edir.
Dövlət Departamenti bildirir ki, Yaryab SEPAH-ın Kiber-Elektron
Komandanlığının "Şəhid Hemmət" və "Şəhid Şüştəri" daxil, bir
neçə
strukturuna da rəhbərlik edir. Məlumata görə, bu qruplar ABŞ,
Avropa və Yaxın Şərqdə mühüm infrastruktur sahələrinə qarşı
kiberəməliyyatlar həyata keçiriblər.
Açıqlamada deyilir ki, Yaryab SEPAH-ın Kiber-Elektron
Komandanlığına bağlı "CyberAv3ngers", "Dadeh Afzar Arman" (DAA) və
"Mehrsam Andişeh Saz Nik" (MASN) qruplarının əməliyyatlarına da
nəzarət edir, onları idarə edir. Dövlət Departamentinin məlumatına
görə, bu qruplar dünyanın müxtəlif yerlərində mülki infrastruktura
qarşı zərərli proqramlardan istifadə ediblər.
"Ədalət naminə mükafat" proqramı bildirib ki, xarici hökumətin
göstərişi və ya nəzarəti altında ABŞ-nin kritik infrastrukturuna
qarşı zərərli kiberfəaliyyətlərdə iştirak edən istənilən şəxs
barədə məlumata görə 10 milyon dollaradək mükafat təklif
olunur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.