Rusiya ordusu Odessa vilayətinə kütləvi hücum edib. Vilayət
administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, bir nəfər
ölüb, beş nəfər xəsarət alıb.
Çoxmərtəbəli yaşayış binalarına zərbələr nəticəsində bir kişi ölüb,
üç qadın xəsarət alıb.
Fərdi yaşayış evlərinə, ikimərtəbəli qeyri-yaşayış binasına, şəxsi
və xidməti nəqliyyat vasitələrinə ziyan dəyib. Bir kişi və
yetkinlik yaşına çatmayan uşaq xəsarət alıb.
Dnepropetrovsk vilayəti isə ötən gecə dron və artilleriya
hücumlarına məruz qalıb. İki polis əməkdaşı həlak olub, biri
yaralanıb.
Ukrayna dronları isə Soçiyə və "Sirius" federal ərazisinə hücum
edib. Neft bazasında yanğın başlayıb, şəhərin səmasını qara tüstü
örtüb, aeroport bir neçə saat fəaliyyətini məhdudlaşdırıb.
Monitorinq kanalları Sterlitamakdakı neft bazasına da hücum
olduğunu bildiriblər.
Krasnodar diyarının əməliyyat qərargahı Soçiyə hücumun dəf
edildiyini açıqlayıb. İnsan tələfatının olmadığı açıqlanıb.
Monitorinq kanalları şəhərdə "Lukoyl" və ya "Rosneft" şirkətinə
məxsus neft bazasının vurulduğunu yazırlar. "Astra" nəşrinin
məlumatına görə, söhbət "Rosneft-Kubannefteprodukt" neft bazasından
gedir.
Dronlar Başqırdıstandakı Sterlitamak şəhərinə də hücum edib. Ufa
hava limanı da uçuşları müvəqqəti dayandırıb.
Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukraynaya məxsus 490 dronun məhv
edildiyini açıqlayıb. Moskva meri Sergey Sobyanin şəhərə yaxınlaşan
35 dronun vurulduğunu bildirib.
Dron təhlükəsinə görə Samara, Ulyanovsk, Buqulma, Kazan,
Nijnekamsk, Ufa, Orenburq, Maqnitoqorsk və Krasnodar
aeroportlarında, Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava
limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.