İrandan Azərbaycandan keçməklə Rusiyaya soğan daşıyan TIR-da 25 kiloqram marixuana tapıldı [Video]
14:54 / 04.09.2026
İrandan Rusiyaya soğan daşıyan yük avtomobilində 25 kiloqram
marixuana aşkarlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) sentyabrın 4-də məlumat
yayıb.
Məlumata görə, İrandan Rusiyaya soğan aparan yük maşını "Biləsuvar"
gömrük postunda saxlanılıb. Azərbaycan üzərindən tranzit keçən bu
avtomobil rentgen aparatından keçirilib və xüsusi təlim görmüş itlə
ətraflı yoxlanılıb: "Yoxlama zamanı üzərinə soğan
yığılan taxta paletlərin altında xüsusi
düzəldilmiş gizli saxlanc
yeri aşkarlanıb. Gömrük nəzarətindən gizlədilən həmin bölmədən 80
bağlamada ümumi çəkisi 25 kiloqram 570 qram olan qurudulmuş
marixuana tapılıb".
Hələlik rəsmi açıqlamaya yük maşının sürücüsü və İranın cavabdeh
qurumlarının münasibəti bəlli deyil.
DGK İrandan Azərbaycan vasitəsilə dünyanın müxtəlif ölkələrinə,
xüsusilə də Rusiyaya narkotik daşınması cəhdləri barədə vaxtaşırı
məlumatlar yayır.
Hətta bu ilin iyununda bildirilmişdi ki, İrandan Rusiyaya gül
kələmi aparan yük avtomobilində 90 kiloqramdan çox marixuana
tapılıb.
Üstəlik, İrandan narkotik daşıyan pilotsuz uçuş aparatlarının da
aşkarlandığı açıqlanıb.
Ümumilikdə, ölkədə müsadirə edilən xarici mənşəli narkotiklərin
böyük hissəsinin məhz İran vasitəsilə qaçaqmalçılıq yolu ilə
gətirildiyi vurğulanır.
Tehran tərəfindən bu qəbildən olan rəsmi ittihamlar əksər hallarda
cavabsız qalır. Amma İran rəsmilərinin bundan əvvəl ümumən qeyd
etmələrinə görə, ölkələri, təəssüf ki, dünyanın əsas narkotik
qaçaqmalçılığı marşrutları üzərində yerləşir. "Biz bu bəlanın
qarşısını almaq üçün çox ciddi tədbirlər görürük", - deyə rəsmilər
vurğulayıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.