Ukrayna prezidenti Volodimir Zelenski mülki aviaşirkətlərə
Rusiyanın hava məkanının təhlükəli olması barədə xəbərdarlıq edib.
Bundan sonra ölkədə çoxsaylı reyslərin ləğv edildiyi, aeroportların
bağlandığı xəbərləri gəlib.
Kiyev Moskva üçün mülki aviareysləri nə dərəcədə çətinləşdirə
bilər?
"Söhbət fəaliyyətin müvəqqəti pozulmasından yox, onun
həftənin yeddi günü, sutkanın 24 saatı bloklanmasından gedir.
Strategiya bu hava limanlarını istifadəyə yararsız hala
salmaqdır", – Ukraynanın Aviasiya Muzeyindən Valeri
Romanenko AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib.
O, belə bir əməliyyatı real sayır. Belə ki, bu zaman Rusiyanın
çoxsaylı hava hücumundan müdafiə vasitələri bir istiqamətə yönələr,
Ukrayna isə əməliyyatı kiçik dronlarla həyata keçirər.
Xəbərdarlığın yaratdığı durum
Zelenskinin xəbərdarlığından sonra Ukrayna sentyabrın 2-də
Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmi bildiriş
göndərib, Rusiya hava məkanında mülki aviasiya üçün risklərin
artdığı barədə xəbərdarlıq edib.
Sentyabrın 3-də baş verən hadisələr bu xəbərdarlığın əhəmiyyətini
artırıb.
Moskvanın "Vnukovo" aeroportu fəaliyyətini müvəqqəti dayandırıb.
Şəhərin "Şeremetyevo" və "Domodedovo" aeroportlarında da
məhdudiyyətlər tətbiq olunduğu açıqlanıb. Moskva meri Sergey
Sobyanin sentyabrın 2-dən 3-dək
Ukraynanın 548 dronunun Moskva
vilayəti istiqamətində uçduğunu bildirib.
Rusiyanın Nəqliyyat Nazirliyi aviaşirkətlərin müraciətlərindən
sonra xarici daşıyıcılara Rusiya aeroportlarında, hava məkanında
görülən təhlükəsizlik tədbirləri barədə izahat verdiyini
açıqlayıb.
Nəqliyyat naziri Andrey Nikitin deyib ki, yaranan təsiri minimuma
salmaq üçün Müdafiə Nazirliyi və Milli Qvardiya ilə birlikdə
işləyir.
Ancaq "Flightradar24" platformasının məlumatlarına görə, sentyabrın
3-də fəaliyyəti dünyada işi ən çox pozulan beş aeroportdan dördü
Rusiyada yerləşib.
Yeni hədəflər
Ukraynanın kütləvi dron hücumları əvvəllər də Rusiya
aeroportlarında genişmiqyaslı problemlərə səbəb olub. Ancaq bu
durum çox çəkməyib. Romanenko deyir, mülki təyyarələrə hücum
etmədən Rusiyaya təzyiqi artırmaq üçün əlavə tədbirlər görülə
bilər.
Zelenski mülki təyyarələrə hücumu istisna edib. Belə bir hücum
müharibə cinayəti sayıla bilər.
"Hədəflər Rusiyanın hava hərəkətini idarəetmə
infrastrukturu olacaq: dispetçer qüllələri, hava limanlarındakı
avtomatlaşdırılmış eniş sistemləri,… hava hərəkətini idarə edən
radar sistemləri. Uçuşların təhlükəsizliyini məhz bu sistemlər
təmin edir. Bu sistemlər vurulacaq", – Romanenko belə
deyir.
Moskvanın hava məkanının bağlanması ərazisinə görə dünyanın ən
böyük ölkəsi olan Rusiyanın bütün aviasiya sektoruna təsir
göstərər. Bunu isə Litvada yerləşən "Friendly Avia Support"
şirkətinin baş direktoru Aleksandr Lanetski "Current Time"a
bildirib: "Moskva aviasiya qovşağı bir həftə iflic olsa, bütün ölkə
bunun təsirini hiss edəcək. Burada daimi dron fəaliyyəti uçuşa
qadağa zonalarının elan edilməsinə səbəb olar. Hava limanlarının,
hətta bütövlükdə regiondakı aviasiya sektorunun fəaliyyəti iflic
vəziyyətinə düşər".
Sentyabrın 3-nə aid uçuş məlumatlarına görə, əsasən daxili reyslər
pozulub.
Rusiyanın beynəlxalq uçuşlarının, Avropaya reyslərin böyük hissəsi
çoxdan ləğv olunub. Buna Moskvanın 2022-ci ildə Ukraynaya qarşı
başladığı genişmiqyaslı işğaldan sonra Qərbin sanksiya tətbiq
etməsi səbəb olub.
Amma bir sıra ölkələrə çoxsaylı uçuşlar həyata keçirilir. Rusiyanın
beynəlxalq sərnişin daşımalarının 72 faizi Türkiyə, Özbəkistan,
Birləşmiş Ərəb Əmirlikləri, Çin və Misirin payına düşür.
"Bu aviaşirkətlər Rusiyaya uçuş barədə qərar verərkən
təhlükələri qiymətləndirəcəklər. Çünki Rusiya hava məkanında
təyyarənin itirilməsinə görə məsuliyyət Rusiyanın və müvafiq
aviaşirkətin üzərinə düşəcək", – aviasiya və müdafiə
texnologiyaları üzrə ekspert Boqdan Dolintse AzadlıqRadiosuna belə
deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.