Avstraliyanın şərqindəki Brisben şəhərinin yaxınlığında yüngül
mühərrikli təyyarə qəzaya uğrayıb.
AZƏRTAC Avstraliya mediasına istinadla xəbər verir ki, yerli vaxtla
saat 11:00 radələrində Brisben şəhərinin mərkəzindən təxminən 30
kilometr cənubda “Beechcraft A36 Bonanza” təyyarəsinin qəzaya
uğraması ilə əlaqədar təcili yardım xidmətləri çağırılıb.
Təyyarənin qəzadan təxminən 10
dəqiqə əvvəl yaxınlıqdakı hava
limanından qalxdığını bildirilir.
Səlahiyyətli qurumlar qəzada 2 nəfərin öldüyünü açıqlayıb. Təyyarə
qəzasından sonra otlaq sahədə yanğın olub.
Polis hadisəni araşdırmaq üçün şahidlərdən müstəntiqlərlə əlaqə
saxlamalarını xahiş edib.
Mənbə: AZƏRTAC