İran hökuməti ayda 110 litrdən çox yanacaq işlədən istehlakçılar
üçün benzinin qiymətini artırdığını bildirib.
Bu qərar ABŞ sanksiyaları və ölkə limanlarının blokadasının daxili
iqtisadiyyatı sarsıtmaqda davam etdiyi bir vaxtda verilib.
Hökumətin sözçüsü Fatimə Mühacirani deyib ki, 110 litrədək benzin
almağa imkan verən birinci və ikinci kvotalar üzrə qiymətlər
dəyişməz qalacaq.
Ancaq üçüncü kvota üzrə benzinin
litrinin qiyməti iki dəfə artır,
100 min İran rialı olacaq. Bu, azad bazardakı məzənnə ilə 4.5 ABŞ
senti (8 qəpik) deməkdir.
Yeni tariflər sentyabrın 8-dən qüvvəyə minəcək.
Mühacirani deyib ki, digər sürücülər əvvəlki kimi 60 litr benzinin
litrini 15 min riala, əlavə 50 litrin hər litrini isə 30 min riala
ala biləcəklər.
İran benzinin dünyada ən ucuz satıldığı ölkələr sırasındadır.
Qiymətlərin daha geniş miqyasda artırılması müzakirə olunsa da,
hakimiyyət bu addımdan çəkinib. Ehtimallara görə, rəsmilər bunun
yeni küçə etirazlarına səbəb ola biləcəyindən narahat olublar.
İri neft hasilatçısı olan İran uzun illərdir yanacağın qiymətini
əsasən subsidiyalaşdırır. Buna görə də qiymətlərə hər hansı
dəyişiklik siyasi baxımdan həssas məsələ sayılır. 2019-cu ildə
benzinin qiyməti qaldırılanda ölkədə genişmiqyaslı etirazlar baş
vermişdi.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.