“Qirçi” partiyası adını dəyişməyi planlaşdırır. Bu barədə
Facebook-da “Qirçi”nin Məşvərət Şurasının adından açıqlama
yayımlanıb.
Partiyanın yazdığına görə, son illərdə daha iki partiya bu adı
götürüb.
“Qirçi” əlavə edir ki, “üstəlik, onların heç birinin azadlıqla heç
bir əlaqəsi yoxdur”.
Onların sözlərinə görə, bu amil səbəbindən “elə hallar olur ki,
onlarla da, azadlıqla da heç bir əlaqəsi olmayan şəxsi onların
qardaşı və ya fəalı kimi təqdim edirlər”.
“Qirçi” hesab edir ki, “bütün bunlar insanlarda onlar haqqında
yanlış təsəvvür yaradır”. Açıqlamanın tam mətnini təqdim
edirik:
“Biz həmişə azad insanların partiyası olmuşuq. “Qirçi”
adını ona görə seçdik ki, azadlıq ideyasını insanlar üçün asan
yadda qalan neytral bir predmetdə ifadə edək.
Yəqin ki, bu, uğurlu alındı. Çünki bizdən başqa, son illərdə daha
iki partiya bu adı götürdü (üstəlik, onların heç birinin azadlıqla
heç bir əlaqəsi yoxdur).
Rəqiblərimiz bu qarışıqlıqdan əla istifadə edir və gah bu, gah da
başqa bir fikri və ya mövqeyi bizim adımızdan səsləndirirlər.
Elə hallar da olur ki, bizimlə də, azadlıqla da heç bir əlaqəsi
olmayan hansısa şəxsi bizim qardaşımız və ya fəalımız kimi təqdim
edirlər.
Bütün bunlar insanlarda bizim haqqımızda yanlış təsəvvür yaradır və
eyni zamanda, vaxtilə partiyamızın yaradılmasına səbəb olan ideyaya
zərər vurur.
Buna son qoymaq və siyasi həyatın yeni səhifəsini açmaq qərarına
gəldik – həqiqətdə nəyi təmsil ediriksə, həmişə nə olmuşuqsa və
gələcəkdə də nə olacağıqsa, elə həmin adı götürək:
“Azad insanların partiyası”, – açıqlamada
deyilir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.