Tbilisinin daşınmaz əmlak bazarında aktivlik artan dinamikanı
qoruyur. “TBC Capital”ın paytaxtın yaşayış daşınmaz əmlakı
ilə bağlı icmalına görə, 2026-cı ilin iyul ayında Tbilisidə mənzil
satışları illik müqayisədə 22% artıb və 4 409 əməliyyat qeydə
alınıb.
Eyni araşdırmaya əsasən, hesabat dövründə daşınmaz əmlakın orta
satış qiyməti illik müqayisədə 3% artaraq bir kvadratmetr üçün 1
359 ABŞ dolları
təşkil edib.
“TBC Capital”ın məlumatları paytaxt rayonlarının qiymət
kateqoriyalarına görə necə bölündüyünü aydın şəkildə göstərir.
Ən bahalı mənzillərin satış payının yüksək olduğu TOP 5
rayon
Daşınmaz əmlak bazarının icmalına əsasən, premium seqmentə – bir
kvadratmetri 2 500 ABŞ dollarından baha olan mənzillərə – aid
satışların payı əsasən mərkəzi rayonlarda yüksəkdir. Konkret
olaraq:
- Mtatsminda – satılan mənzillərin 44%-i ən yüksək qiymət
kateqoriyasına daxildir;
- Vake – satışların 38%-i bir kvadratmetri 2 500 ABŞ
dollarından baha olan mənzillərin payına düşür;
- Saburtalo – həyata keçirilən əməliyyatların 12%-ində
bir kvadratmetrin qiyməti 2 500 ABŞ dollarını keçir;
- Krtsanisi və Çuqureti – hər iki rayonda bir
kvadratmetri 2 500 ABŞ dollarından baha olan mənzillərin satış payı
7% təşkil edir.
Ən ucuz mənzillərin satış payının yüksək olduğu TOP 5
rayon
“TBC Capital”ın araşdırmasına görə, büdcəli mənzillərin – bir
kvadratmetri 900 ABŞ dollarından aşağı olan yaşayış sahələrinin –
satış payı Tbilisinin kənar rayonlarında daha yüksəkdir. Konkret
olaraq:
- Çuqureti – satılan mənzillərin 20%-ində bir
kvadratmetrin qiyməti 900 ABŞ dollarından aşağıdır;
- Samqori – əməliyyatların 18%-i 900 ABŞ dollarınadək
olan qiymət kateqoriyasına daxildir;
- Qldani və Nadzaladevi – hər iki rayonda ən ucuz
mənzillərin satış payı 16% təşkil edir;
- Didube – satışların 16%-i 900 ABŞ dollarınadək olan
seqmentin payına düşür.
Orta qiymət seqmentinə gəlincə, nəşrə əsasən, bir kvadratmetri
900-1 500 ABŞ dolları olan mənzillərin satışlarının ən yüksək
konsentrasiyası aşağıdakı rayonlarda qeydə alınıb:
- Didi Diğomi – satılan mənzillərin 66%-i;
- Samqori – 62%;
- Qldani – 58%;
- İsani – 57%;
- Nadzaladevi – 49%.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.