Husilər Səudiyyə Ərəbistanına hücum edib, 73 nəfər yaralanıb
İranın dəstəklədiyi Yəmən husiləri sentyabrın 8-də Səudiyyə Ərəbistanına yeni hücumlar həyata keçiriblər. Səudiyyə rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində qadın və uşaqlar daxil, 73 sinc sakin yaralanıb. Bu arada Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında döyüşlər qızışıb.

Səudiyyənin Energetika Nazirliyinin bildirdiyinə görə, hücumlar ölkənin cənubundakı enerji obyektlərinə ziyan vurub, yanğınlara səbəb olub, bəzi əməliyyatlar müvəqqəti dayanıb.
"The Financial Times" da Cizanda "Aramco" şirkətinə məxsus neft infrastrukturunun vurulduğunu bildirib.

Husilər hücumlara görə məsuliyyəti götürüb, bunu Yəməndəki hərbi əməliyyatlara cavab adlandırıblar. Silahlı qruplaşmanın bütün iddialarını müstəqil şəkildə təsdiqlətmək mümkün olmayıb.

Hazırda Yəməndə son illərin ən şiddətli hərbi gərginliyi yaşanır. Husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri arasında döyüşlər şiddətlənib. Son döyüşlərdə 300-dən çox insanın öldüyü və ya yaralandığı bildirilir. Lakin itkilərlə bağlı rəqəmlər dəyişir.

2022-ci ildən bəri qüvvədə olan atəşkəs döyüşlərin miqyasını xeyli azaltmışdı, iyulda eskalasiya yaranıb. Hökumət qüvvələri əks-hücumlara başlayıb, əraziləri geri almaq niyyətində olduqlarını bildiriblər. Husilər isə mövqelərini Qırmızı dəniz dəhlizinə doğru genişləndirməyə çalışırlar.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google