2026-cı ilin ikinci rübündə Gürcüstana yatırılan birbaşa xarici
investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.2%
azalıb.
Milli Statistika Xidmətinin sentyabrın 8-də açıqladığı ilkin
məlumatlara əsasən, aprel-iyun aylarında Gürcüstana 468.8 milyon
ABŞ dolları məbləğində birbaşa xarici investisiya qoyulub. 2025-ci
ilin ikinci rübündə bu göstərici 610.6 milyon dollar təşkil
edirdi.
"Sakstat"ın izahına görə, azalmaya əsasən reinvestisiya
göstəricisinin
aşağı düşməsi səbəb olub. 2026-cı ilin ikinci
rübündə reinvestisiya 300.5 milyon dollar təşkil etdiyi halda, ötən
ilin analoji dövründə bu rəqəm 467.4 milyon dollar idi.
Çin birinci yerdədir
Çindən Gürcüstana 219.5 milyon dollar birbaşa xarici investisiya
yönəldilib ki, bu da ümumi həcmin 46.8%-ni təşkil edir.
Ən böyük investor ölkələrin ilk üçlüyü belədir:
- Çin: $219.5 mln (46.8%);
- Böyük Britaniya: $123.5 mln (26.3%);
- Birləşmiş Ərəb Əmirlikləri: $47.7 mln (10.2%).
Gürcüstana yatırılan birbaşa xarici investisiyaların 83.3%-i bu üç
ölkənin payına düşür.
Son illərdə Gürcüstanın investorları siyahısında əsasən Böyük
Britaniya liderlik edirdi.
"Sakstat"ın məlumatına görə, Çindən gələn investisiyalarda kəskin
artım qeydə alınıb. 2025-ci ilin ikinci rübündə bu ölkənin
göstəricisi mənfi idi (-21.6 milyon dollar), 2026-cı ilin birinci
rübündə isə Çindən 16.4 milyon dollar investisiya yatırılmışdı.
Çindən investisiyaların kəskin artması, böyük ehtimalla,
"Basisbank"ın "Liberty Bank"ı satın alması ilə bağlıdır. Fond
birjasının məlumatına əsasən, Çinin "Hualing Group" şirkətinə
məxsus "Basisbank" "Liberty" üçün 674 milyon laridən çox (təxminən
250 milyon dollar) vəsait ödəyib.
Sektorlar üzrə ən çox birbaşa xarici investisiya maliyyə və sığorta
fəaliyyətlərinə qoyulub — 207.6 milyon dollar (ümumi həcmin
44.3%-i). İkinci yerdə 119.9 milyon dollarla (25.6%) daşınmaz əmlak
sektoru, üçüncü yerdə isə 59 milyon dollarla (12.6%) emal sənayesi
qərarlaşıb.
Çin ilə strateji tərəfdaşlıq
"Gürcü Arzusu" hakimiyyəti dövründə son illərdə Gürcüstan və Çin
arasında siyasi və iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə
dərinləşib.
2023-cü ilin iyulunda, o vaxtkı baş nazir İrakli Qaribaşvilinin
Çinə səfəri zamanı Tbilisi və Pekin strateji tərəfdaşlıq əlaqələri
qurdu. Birgə bəyanat siyasi və iqtisadi əməkdaşlıqla yanaşı,
müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsini də nəzərdə
tuturdu.
2023-cü ilin sentyabrından Gürcüstan Çin vətəndaşları üçün vizasız
rejimi tətbiq etdi, 2024-cü ilin mayından isə Çin Gürcüstan
vətəndaşları üçün vizasız gediş-gəliş rejimini qüvvəyə
mindirdi.
2026-cı ilin iyununda Tbilisi və Pekin münasibətləri daha yüksək —
"hərtərəfli strateji tərəfdaşlıq" səviyyəsinə qaldırdılar.
Çinlə əlaqələrin dərinləşməsi Gürcüstanın ənənəvi qərb tərəfdaşları
ilə münasibətlərinin kəskin pisləşməsi fonunda baş verir. Avropa
İttifaqının qiymətləndirməsinə görə, Gürcüstan hakimiyyətinin
seçdiyi kurs səbəbindən ölkənin Aİ-yə üzvlük prosesi 2024-cü ildə
de-fakto dayandırılıb. Daha sonra, 2024-cü il noyabrın 28-də "Gürcü
Arzusu" hakimiyyəti 2028-ci ilə qədər Aİ ilə üzvlük danışıqlarının
açılması məsələsini gündəmə gətirməyəcəyini bəyan etdi.
Birləşmiş Ştatlarla da münasibətlər pisləşib. 2024-cü il noyabrın
30-da Vaşinqton ABŞ-Gürcüstan strateji tərəfdaşlığını dayandırdı.
Dövlət Departamenti bu qərarı "Gürcü Arzusu"nun antidemokratik
addımları və Gürcüstanın Aİ-yə üzvlük prosesinin dayandırılması ilə
əlaqələndirdi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.