Sentyabrın 8-nə keçən gecə Rusiya qüvvələri Kiyevə raket və
dronlarla zərbə endirib.
İki nəfər həlak olub, 16 nəfər xəsarət alıb.
Hücum ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və
Cared Kuşnerin səfəri ilə bağlı üçgünlük fasilədən sonra həyata
keçirilib. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa "X" sosial
şəbəkəsində yazıb ki, "ABŞ prezidentinin sülh elçiləri
şəhəri tərk
edən kimi, Putin Kiyevə növbəti genişmiqyaslı və dəhşətli hücuma
başlayıb".
Ukrayna prezidenti Volodimir Zelenski hücumun güclü olduğunu,
Rusiya qüvvələrinin mülki infrastruktur obyektlərini hədəfə
aldığını bildirib.
Ukraynanın digər bölgələri, Odessa və Sumı vilayəti də hücuma məruz
qalıb. Sumı vilayətində Kiyev-Sumı sərnişin qatarının lokomotivinə
zərbə endirilib. Sərnişinlər təxliyə olunub, xəsarət alanlar barədə
məlumat verilməyib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, "Ukraynanın dronları və
qanadlı raketlərin istehsalı və saxlanılmasında istifadə olunan
hərbi-sənaye kompleksi obyektlərinə, Kiyev və Kiyev vilayətindəki
nəqliyyat-logistika və paylayıcı mərkəzlərə, Odessa vilayətinin
Çernomorsk limanındakı obyektlərə kütləvi zərbələr endirilib".
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ötən gecə "Oniks" gəmi
əleyhinə raketlər, ballistik raketlər, 32 ədəd X-101 qanadlı raketi
və 166 dron buraxdığını bildirib. Məlumata görə, Ukrayna qüvvələri
iki ballistik raketi, 31 qanadlı raketi və 142 dronu vurub.
Buraxılan və vurulan raket və dronların sayı barədə müstəqil
məlumat yoxdur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.