Gürcüstanın keçmiş baş prokuroru Rusiyaya Ukraynaya qarşı müharibədə kömək edəcək “Qeorqiyevski” dəstəsini yaradıb

Tass agentliyinin saytında yayımlanan materialda Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədən söhbət açılmır.


Lakin müharibə zamanı zərər çəkmiş Rusiyanın sərhəd vilayətləri və Rusiyanın ilhaq etdiyi Donetsk qeyd olunur:
“[Partsxaladze] vurğulayıb ki, hərbi əməliyyatlar başlayandan etibarən o və komandası Rusiya hərbçilərinə və mülki əhaliyə DXR-də [Rusiyanın ilhaq etdiyi Donetsk], Kursk, Bryansk və Belqorod
vilayətlərində fəal şəkildə yardım göstərib”.

Bundan sonra materialda Otar Partsxaladzenin sitatına yer verilir. Gürcüstanın keçmiş baş prokuroru deyir:
“Bu gün Rusiya öz kimliyini, ənənələrini, dilini və mədəniyyətini qorumaq üçün Qərbin təzyiqinə qarşı mübarizə apardığı bir vaxtda mən vətənin lideri tərəfindən qarşıya qoyulmuş bütün məqsədlərə nail olunmasına kömək etməyə hazıram”.

Rusiya dövlət agentliyində yayımlanan məlumata görə, Partsxaladze “ikinci hərbi əməliyyatda Rusiyanın tərəfində iştirak etmək qərarını könüllü olaraq verib”:
“Əminəm ki, düşmən üzərində qələbənin simvolunu, o vaxt olduğu kimi, yenə də rus və gürcü birlikdə qaldıracaq. Xalqlarımızın və ölkələrimizin birləşməsini, həmçinin ənənəvi ailə dəyərlərinin qorunmasını dəstəkləyən həmfikirlərimiz və tərəfdarlarımız ‘Qeorqiyevski’ beynəlxalq dəstəsini yaradıblar”, – deyə Otar Romanov-Partsxaladze bildirib.

• Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze ABŞ tərəfindən sanksiyaya məruz qoyulub. 2023-cü il sentyabrın 14-də Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaların siyahısı açıqlanıb. Partsxaladzeyə qarşı sanksiya “Rusiyanın Gürcüstanda zərərli təsiri” adlı bölməyə daxil edilib və keçmiş baş prokurorun sanksiyaya məruz qalması Gürcüstanın təhlükəsizliyi ilə əlaqələndirilib;
• ABŞ-ın bəyanatına görə, o, Rusiya hökumətinin fəaliyyətinə cəlb olunmuş şəxslərdən biri, Federal Təhlükəsizlik Xidmətinin (FTX) zabiti Aleksandr Vladimiroviç Onişenko ilə əməkdaşlıq edib və FTX Partsxaladzeden “Gürcüstan cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir göstərmək üçün” istifadə edib;
• Həmin vaxt hakim partiyanın sədri, hazırda isə baş nazir vəzifəsini tutan İrakli Kobaxidze 2023-cü il sentyabrın 18-də bankların Partsxaladzeyə məxsus hesabları dondurmaq qərarını konstitusiyaya zidd adlandırıb;
• Sanksiyadan bir neçə gün sonra, 2023-cü il sentyabrın 19-da keçmiş iqtisadiyyat naziri Natia Turnavanın prezident səlahiyyətlərini icra etdiyi Gürcüstan Milli Bankı sanksiyaya məruz qalan Gürcüstan vətəndaşları üçün istisna tətbiq edib. Bu qərarla ABŞ tərəfindən sanksiyaya məruz qoyulmuş Otar Partsxaladzeyə bank hesablarına çıxış imkanı verilib;
• Həmin dövrün baş naziri İrakli Qaribaşvili sentyabrın 28-də deyib: “Təəccübümü bildirmək istəyirəm, Partsxaladzeyə niyə sanksiya tətbiq edildi. Mənim üçün bu, anlaşılmazdır. Fikrimi açıq şəkildə deyirəm. Deyirlər ki, bir stəkanda fırtına qoparılıb...”;
• Həmin dövrün prezidenti, “Gürcü Arzusu”nun siyasətini açıq şəkildə tənqid edən Salome Zurabişvili oktyabrın 17-də Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığına xitam verib. O, həmin vaxt artıq Rusiya vətəndaşı idi;
• 2025-ci il dekabrın 29-da məlum olub ki, Gürcüstanın istintaq xidmətləri kriminal avtoritetin qardaşı Levan Canqvelaşvilinin qətlində Partsxaladzeyə qarşı təqsirləndirici sübutlar müəyyən edib.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google