Zelenski sentyabrda Trampla görüşəcəyinə ümid edir
Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə deyib ki, sentyabrın 20-dən sonra ABŞ prezidenti Donald Trampla görüşəcəyinə ümid edir. Bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir.

Zelenskinin sözlərinə görə, görüşdə ABŞ istehsalı hava hücumundan müdafiə raketlərinin Ukraynaya tədarükü məsələsini qaldırmağı planlaşdırır. O qeyd edib ki, Amerika Ukraynaya hansı raketlərin və nə vaxt lazım olduğunu artıq bilir.

Rusiya ilə
müharibənin bitməsinin mümkünlüyündən danışan Zelenski tərəflərin üçtərəfli danışıqlar formatına doğru irəlilədiyini bildirib. O, hazırda bütün detalları açıqlaya bilməyəcəyini vurğulayıb. Çünki Ukrayna və ABŞ əvvəlcə təklifləri hazırlamaq, sonra ictimaiyyətə açıqlamaq üzrə razılığa gəliblər.

Zelenski bir gün əvvəl "Axios" nəşrinə ABŞ prezidentinin xüsusi təmsilçilərinin Kiyevə səfərinin yekunları barədə danışıb. O, danışıqların sentyabr və ya oktyabrda bərpa olunacağına ümid etdiyini deyib. Zelenskiyə görə, Rusiyanın qışda döyüşləri davam etdirmək istədiyi, bununla Ukraynanı güzəştlərə sövq etməyə çalışacağına dair məlumatlar da var.

Sentyabrın 20-dən sonra Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası keçiriləcək, tədbirə çox sayda dünya lideri qatılacaq. Zelenski Trampla bu sessiya çərçivəsində, yoxsa başqa formatda görüşməyi planlaşdırdığını hələ açıqlamayıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google