Macarıstan hakimiyyəti Rusiyanın Budapeştdəki diplomatik
nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır.
Macarıstanın xarici işlər naziri Anita Orbanın sentyabrın 8-də
dediyinə görə, Rusiyanın Budapeştdəki səfirinə bildirilib ki,
"Rusiya nümayəndəliyinin 10 əməkdaşı Macarıstanda Vyana
Konvensiyasına görə diplomat statusu ilə bir araya sığmayan
fəaliyyətlə məşğul olub".
Həmin şəxslərin adları və vəzifələri açıqlanmır. Orban vurğulayıb
ki, onlara qarşı ölkəni tərk etmə tələbi
"Macarıstanın
təhlükəsizliyini və suverenliyini təmin etmək məqsədi daşıyır",
Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.
Ukraynaya qarşı işğalçı müharibəsi səbəbindən Rusiyanın Avropa
İttifaqı ilə münasibətləri pisləşib və blokun bir çox ölkəsi Rusiya
diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarıb,
konsulluqları və Rusiyanın digər qurumlarını bağlayıb. Rusiya da
oxşar addımlar atıb.
Viktor Orban hökuməti dövründə Macarıstan bu cür addımlardan
çəkinirdi. Budapeştdən sonuncu dəfə 2018-ci ilin yazında rusiyalı
diplomat çıxarılmışdı. Diplomatik nümayəndəliyin birdən-birə 10
əməkdaşının ölkədən çıxarılması Macarıstan üçün görünməmiş
addımdır. Bu qərarın konkret nə ilə əlaqəli olduğu hələlik
açıqlanmayıb.
Mayda Peter Madyarın rəhbərlik etdiyi hökumət hakimiyyətə gələndən
Macarıstan Rusiyanı Ukraynaya zərbələrə görə tənqid etməyə və Aİ
səviyyəsində sanksiya paketlərini bloklamaqdan imtina etməyə
başlayıb. Ancaq Budapeşt hələ də Ukraynaya silah tədarük etmir.
Moskva Macarıstan hakimiyyətinin qərarını hələlik şərh etməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.