Batumi-Sarpi yeni yolunun tikintisi ilə bağlı müqavilə imzalanıb
Gürcüstanın Şərq-Qərb magistralının mühüm hissələrindən biri olan 11,3 kilometrlik Batumi-Sarpi yeni yolunun tikintisi ilə bağlı müqavilə imzalanıb.

Müqavilənin imzalanma mərasimi Gürcüstanın İnfrastruktur Nazirliyində keçirilib. Müqavilə imzalanmazdan əvvəl beynəlxalq tenderin qalibi olan China Railway Tunnel Group Co., Ltd (CRTG) şirkətinin nümayəndələri ilə infrastruktur naziri Revaz Soxadze, maliyyə naziri Laşa Xutsişvili, infrastruktur nazirinin müavinləri və Avtomobil Yolları Departamentinin sədri
Levan Daraxvelidze görüşüblər.

Görüşdə layihənin həyata keçirilməsinin əsas mərhələləri, tikinti işlərinin təşkili, eləcə də layihənin müəyyən edilmiş müddətdə və müvafiq keyfiyyətlə icra olunması məsələləri müzakirə edilib.

Müqaviləni Avtomobil Yolları Departamenti sədrinin müavini Salome Tsurtsumia və China Railway Tunnel Group Co., Ltd şirkətinin rəsmi nümayəndəsi Liang Hongjun imzalayıblar.

Batumi-Sarpi yeni yolu Şərq-Qərb magistral dəhlizinin qərb istiqamətində sonuncu hissəsi olacaq. Yol Batuminin yan keçmə magistralını Gürcüstan-Türkiyə dövlət sərhədi ilə birləşdirəcək və Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin mühüm nəqliyyat infrastrukturunun bir hissəsinə çevriləcək.

Layihə çərçivəsində 11,3 kilometr uzunluğunda iki zolaqlı magistral yol, 7,6 kilometr uzunluğunda tunel və 3 körpü, o cümlədən 1,47 kilometr uzunluğunda körpü keçidi tikiləcək. Həmçinin dəniz sahilini qorumaq üçün 500 metr uzunluğunda qurğu inşa ediləcək.

Batumi-Sarpi istiqamətindəki 7,6 kilometrlik tunel Kvesheti-Kobi əsas tunelindən sonra uzunluğuna görə Gürcüstanın ikinci ən uzun avtomobil tuneli olacaq.

Yeni yolun tikintisi başa çatdıqdan sonra beynəlxalq və tranzit nəqliyyat axını Acarıstanın sıx məskunlaşmış və kurortlarla zəngin sahilyanı hissəsindən yeni magistrala yönləndiriləcək. Nəticədə mövcud yol və kurort zonasında nəqliyyatın hərəkəti əhəmiyyətli dərəcədə azalacaq, yol hərəkəti təhlükəsizliyi artacaq və nəqliyyatın hərəkəti üçün şərait yaxşılaşacaq.

Layihənin dəyəri 809 milyon laridən çoxdur. Tikinti işlərinin müddəti isə 48 aydır. Layihə Asiya İnkişaf Bankının (ADB) krediti və Gürcüstan dövlət büdcəsinin birgə maliyyələşdirilməsi ilə həyata keçiriləcək.

Şərq-Qərb E60-E70 sürətli magistralının ümumi 428,35 kilometrlik hissəsindən hazırda 324,75 kilometri artıq istifadəyə verilib.

Batumi-Sarpi yolunun tikintisinin başlanması magistralın tam formalaşdırılması və Orta Dəhlizdə Gürcüstanın nəqliyyat və tranzit funksiyasının gücləndirilməsi istiqamətində daha bir mühüm addımdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google