2018-2025-ci illərdə Gürcüstan ərazisindən keçirilən tranzit yük
axını 109 faiz artıb.
Bu barədə PMC Araşdırma Mərkəzinin Orta Dəhlizdə Gürcüstanın
tranzit yük axınlarına dair dərc etdiyi hesabatda qeyd olunub.
Araşdırmaya görə, hesabat dövründə yük axını ən yüksək göstəriciyə
2024-cü ildə çatıb və 15,1 milyon ton təşkil edib.
Lakin PMC-nin məlumatına əsasən, 2025-ci ildə tranzit yüklərin
həcmi illik müqayisədə 9,5 faiz azalaraq 13,7 milyon tona
düşüb.
“Azalmanı müəyyən edən əsas amil Şərq-Qərb dəhlizində
yük axınının 7,8 faiz azalması olub. Buna baxmayaraq, bu marşrut
dominant mövqeyini qoruyur və ümumi tranzit yüklərin 69,7 faizini
təşkil edir”, – icmalda qeyd olunub.
Şimal-Qərb dəhlizinə gəlincə, hesabatda bildirilir ki, 2025-ci ildə
burada yük dövriyyəsi
illik müqayisədə 33,5 faiz azalaraq 1 milyon
ton təşkil edib. Bu, 2019-cu ildən bəri ən aşağı göstəricidir.
PMC-nin qiymətləndirməsinə görə, bunun əksinə olaraq, 2018-2025-ci
illərdə Cənub-Qərb dəhlizi sabitliyini qoruyub. Şimal-Cənub
marşrutunda isə həmin dövrdə davamlı artım qeydə alınıb, lakin
2025-ci ildə bu istiqamətdə də cüzi azalma baş verib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.