Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası Gürcüstanla
sərhədlərin kəsişmə nöqtəsindən başlayacaq.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət
sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və
Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən başlaması və şimaldan
cənuba doğru davam etdirilməsi barədə razılıq əldə olunub.
Xarici işlər naziri qeyd edib ki, ötən dövr
ərzində iki ölkənin
komissiyaları arasında çoxsaylı görüşlər keçirilib. Komissiyaların
fəaliyyətini tənzimləyən bir sıra sənədlər isə həm Azərbaycanda,
həm də Ermənistanda qəbul edilərək təsdiqlənib.
“Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdən
başlayacağı və necə davam etdiriləcəyi ilə bağlı razılıq var.
İşlərin daha mürəkkəb olan istiqamətdən – şimal sərhədindən,
Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişmə
nöqtəsindən başlayacağı və şimaldan cənuba doğru davam etdiriləcəyi
ilə bağlı razılıq və qarşılıqlı anlaşma mövcuddur”, – nazir
bildirib.
Ceyhun Bayramov həmçinin qeyd edib ki, daha konkret məsələlər
delimitasiya komissiyalarının iş formatında müzakirə olunur və
onların həll ediləcəyi gözlənilir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.