İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin
şimal-qərbində sünni din xadiminin öldürüldüyünü bildirib.
Dövlət mediası SEPAH-ın 9 sentyabr tarixli açıqlamasını yayıb.
Qurumun məlumatına görə, Məhəmməd Nüzhati "sionist-Amerika
separatçı qruplaşmalarının törətdiyi amansız terror cinayəti"
nəticəsində həlak olub.
Nüzhatinin nə vaxt öldürüldüyü açıqlanmayıb.
SEPAH Nüzhatinin könüllülərdən ibarət "Bəsic" yarımhərbi qüvvəsinin
üzvü olduğunu bildirib. Təxminən bir milyon üzvünün olduğu güman
edilən bu qüvvə SEPAH-ın komandanlığı altındadır.
İraq Kürdüstanı bölgəsində yerləşən müxalif iranlı kürd qrupları
İranın şimal-qərbində, sərhədin o tayında fəaldırlar. Tehran uzun
müddətdir bu qrupları ABŞ və İsraillə əlaqələrdə ittiham edir.
SEPAH bildirib ki, hücum İranda şiə və sünni müsəlmanlar arasındakı
birliyi sarsıtmaq məqsədi daşıyıb. Əhalisinin əksəriyyəti şiə olan
İranda ölkənin qərb və cənub-şərq bölgələrində çoxsaylı sünni
icmaları yaşayır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi
olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.