2026-cı ilin yanvar-iyul aylarında Gürcüstana yumurta idxalı
təxminən 28 dəfə artıb.
Milli Statistika Xidmətinin məlumatına görə, ötən ilin 7 ayı
ərzində ölkə cəmi 683 min ədəd yumurta alıb. Bunun dəyəri 36,3 min
ABŞ dolları olub. Bu ilin hesabat dövründə isə ölkəyə 18,881 milyon
ədəd yumurta idxal edilib və məhsulun dəyəri 1,362 milyon ABŞ
dolları təşkil
edib.
İdxalın artması ilə yanaşı, Gürcüstanda idxal edilən yumurtanın
alış qiyməti də təxminən 40 faiz bahalaşıb. “Sakstat”ın
məlumatlarına əsasən, ötən il bir yumurtanın idxalı ölkəyə təxminən
5 sentə başa gəlibsə, bu il qiymət 7 sentə yüksəlib. Bu rəqəmlər
vergilər nəzərə alınmadan hesablanıb.
İdxalçı ölkələrə gəlincə, Gürcüstana gətirilən ərzaqlıq yumurtanın
92 faizi Türkiyənin payına düşür. Belə ki, bu ilin 7 ayında
Gürcüstan Türkiyədən 17,415 milyon ədəd yumurta alıb. Məhsulun
dəyəri 1,216 milyon ABŞ dolları olub.
Qalan 1,446 milyon ədəd yumurta isə Belarusdan idxal edilib.
Onların ümumi dəyəri 146,7 min ABŞ dolları təşkil edib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.